Ölkə

Şantaj yolu ilə işdən çıxarılan “Azəriqaz” İstehsalat Birliyinin keçmiş mühəndisi Prezidentə müraciət etdi

13-07-2016, 01:08
"Azəriqaz” İstehsalat Birliyinin keçmiş işçisi, Abşeron Rayon sakini İsmayılov Samir seyfəddin oğluXeberdar.net saytına şikayət məktubu göndərib.Şikayət məktubunda vətəndaş "Azəriqaz ” İB-dən işdən qanunsuz olarq çıxarıldığını, işdən çıxması üçün "Azəriqaz” İB-nin Baş direktorunun satış və istismar üzrə birinci müvini Ruslan Əliyevin ondan təzyiq və şantaj yolu ərizə aldığını bildirir.
S.İsmayılov qeyd edir ki, 2006-cı ildən Aazəriqaz” İB-nin Abşeron Rayon Qaz İstismar İdarəsində işləyib və 9-cu dərəcəli mühəndis vəzifəsinə qədər yüksəlib. 23 may 2016-cı ildə Ruslan Əliev onu yanına çağıraraq işdən getməsini tələb edib və bunun üçün təzyiq göstərib. Ərizə yazmayacağı təqdirdə onu tuduracağı ilə hədələyib. Ruslan Əliyev ona deyib ki, əlində hansısa gizli yazılmış səs var. Kadırlar şöbəsinə və mühafizəyə tapşırıb ki, o, ərizəsini yazmayana qədər nəzarətə götürülsün və heç bir yerə buraxılmasınlar. 
S.İsmayılov ərizəsində iddia edir ki, onu saat 12.00-dan 18.40-dək nəzarətdə saxlayıb və təzyiq göstəriblər. Sonda ona işdən könüllü çıxması üçün ərizə yazdıra biliblər. Ərizəsini yazdığı gün isə tələm-tələsik onun işdən azad olunması ilə bağlı əmr verilib. S. İsmayılovun işdən çıxarılma səbəbini isə bir neçə gün əvvəl işdən azad olan başqa bir mühəndis, Müşviq Məmmədovla əlaqələndiriblər. Deyiblər ki, o, Muşviq Məmmədovun adamıdır. Güya ki, Muşvi Məmmədovun hansısa qeyri-qanuni tapşırıqlarını yerinə yetirirmiş.
Şikayətçi əlavə olarq qeyd edir ki, "Azəriqaz” İB-də mühəndis vəzifəsinə işləyən Muşviq Məmmədov da eyni qayda ilə işdən şıxarılıb. Onunla sadəcə eyni hüquqlu iş yoldaşı olublar.Ondan asılı olmayıb, qanuni və qanunsuz onun heç bir tapşırığını yerinə yetirmək kimi məsuliyyəti olmayıb. İşlədiyi 10 il müddətində həmişə işində məsuliyyətli olub. Və heç vaxt nöqsanlara yol verməyib.
Üç azyaşlı uşaq atası olan Samir İsmayılov yazaraq saytımız vasitəsilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevdən və digə aidiyyatı qurumlardan kömək istəyir. Ona qarşı baş verən haqsızlığın araşdırılmasını və işinə bərpa olunmasını xahiş edir. Bildirir ki, işdən çıxdıqdan sonra sosial durumu çıxılmaz vəziyyətə düşüb. Ailədə başqa işləyən olmadığı üçün üç azyaşlı övladına və xəstə anasına baxa bilmir. 

Xeberdar.net olaraq məsələ ilə bağlı "Azəriqaz” İB-nin Mətbuat Xidmətinə (Tele:521-01-29 ) və Hüquq İdarəsinə (tele:521-02-03 ) dəflərlə zəng etsək də telfon zənglərimizi cavablandıran olmadı.
Qarşı tərəfi dinləməyə və mövqeyini dərc etməyə hazırıq.

Xeberdar.net


Şantaj yolu ilə işdən çıxarılan
Şantaj yolu ilə işdən çıxarılan

Administratorla əlaqə

077 611-55-22

[email protected]