Əsas Səhifə / Dünya

Azərbaycan nümayəndəliyi üçün kadr seçimi

6-06-2014, 07:09
Azərbaycan nümayəndəliyi üçün kadr seçimi


Son günlər Azərbaycanda banklara qarşı dövlət tərəfindən verilən təpgilər, onların bir an monopoliya formasında fəaliyyət göstərməsinə gətirib çıxarmışdır. Bu üzdən “Bank of Baku”, “Texniak Bank”, “Kövsərbank”, eləcə də digər bankların fəaliyyətlərində ciddi nöqsanlar tapılmış bəzilərinin fəaliyyət lisenziyaları alınmış, sonradan isə qeyri-müəyyən formada bank fəaliyyəti haqqında verilən lisenziya geri verilərək onların iş mexanizmləri əvvəlki qaydada bərpa olunmuşdur. Buna misal olaraq “Kövsərbank”ı göstərmək olar.

Azərbaycan mətbuatında yayılan ən diqqəti cəlb edən məlumatlardan biri də baş ofisi Latviya Respublikasında yerləşən “Trasta Komercbanka”-nın Azərbaycan nümayəndəliyində baş vermiş neqativ hal, 600 min avroluq qalmaqaldan ibarətdir.

İlk öncə “Trasta Komercbanka” haqqında:
Bank 1989-cu ildə “Riqa Bank” kimi fəaliyyətə başlamış, 27 sentyabr 1991-ci ildə Latviyada aksioner Təşkilat kimi qeydiyyatdan keçmişdir. Bir çox bank sektorunun aksionerlərini özündə cəmləşdirdikdən sonra 1995-ci ildə “Trasta Komercbanka” adı altında fəaliyyətini davam etdirmişdir. Bankın 20641316 avro maliyyə vəsaiti, eləcə də 290136 dövriyyə aksiyası mövcuddur. Bankın mərkəzi ofisi Riqa şəhəri, Palasta küçəsi 1 ünvanında yerləşir.
Azərbaycan nümayəndəliyi üçün kadr seçimi

Latviyada bankın fəaliyyətinin araşdırılması zamanı bura uzun illər qanuni maliyyə və bank işlərinin görülməsi heç kimdə şübhə yaratmazdı. Çünki, biznes sektorunun inkişafı üçün lizinq xidmətləri ilə məşğul olan bankın həm MDB, həm də Pribaltika respublikalarında çoxsaylı nümayəndəlikləri mövcuddur. Təbii ki, nümayəndəliyin Azərbaycanda açılması həm “Trasta Komercbanka” üçün sərfəli addımlardan biri idi. Azərbaycandan bir çox “qara” valyutanın Avropaya çıxışını təmin etmək üçün banka kadr seçimi və “qara” valyutaya çıxışı olan şəxsin seçilməsi əsas addımlardan biri sayılırdı.

Beləliklə, 20 ildən çox iş təcrübəsi olan “Trasta Komercbanka”-nın Azərbaycanda “TKB Leasing” Səhmdar Cəmiyyəti adı altında törəmə şirkəti yaranır.

“TKB Leasing” Səhmdar Cəmiyyəti

Rəsmi qaynaqlardan göründüyü kimi “TKB Leasing” Səhmdar Cəmiyyəti Azərbaycanda sahibkarlara lizinq xidmətləri göstərilməsi, kommersiya fəaliyyəti, eləcə də kiçik və orta biznesin inkişafı üçün kreditlərin verilməsi kimi fəaliyyətləri ilə daha məhşurdur. Bəşir Səfəroğlu küçəsi 133 ünvanında yerləşn “SAT Plaza”da mənzil qərərgahı olan “TKB Leasing”-in rəhbəri və “Trasta Komercbanka”-nın Azərbaycan nümayəndəsi Bayəli Mürsəlov seçilir.

Azərbaycanla şübhəli əlaqələr:

Mənbələrin verdiyi məlumatlara görə, Bayəli Mürsəlov uzun müddətdir ki, Latviyaya səfərlər edirmiş. Törəmə şirkətin Azərbaycandan “qara” valyutanın çıxışı da məhz onun əli ilə həyata keçirilib. Bəzi qeyri-rəsmi bilgilərə əsaslansaq açıq görünər ki, bir çox “məmur” valyutanın Azərbaycandan çıxışı üçün bankın nümayəndəsi ilə 20 faizlik şapka prinsipi ilə iş görürmüşlər. Lakin yüksək dairələrdə siyahıya düşməyən və “icazəsiz” valyutanın çıxışı şirkətin “vurulması” ilə nəticələndi.

Respublika Prokurorluğunun məlumatından:

Latviyada qeydiyyatdan keçmiş “Trasta Komercbanka” Səhmdar Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbərinin qanunsuzluqlara yol verməsi barədə Bakı şəhər sakininin müraciəti araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalarla nümayəndəliyin rəhbəri Bəyəli Mürsəlovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhər sakininin həmin bankda hesabında olan 600 min avro məbləğində pulunu istixana üçün avadanlıq alınması adı ilə xaricdə fəaliyyət göstərən şirkətlərin bank hesablarına köçürməklə sonradan özgəyə məxsus külli miqdarda əmlakı ələ keçirib dələduzluq etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Bankın baş ofisində həyacan təbili

Azərbaycandakı nümayəndəlikdə baş vermiş “ÇP” bank rəhbərliyini Latviyada da narahat etməyə başlamışdır. Belə ki, İdarə Heyətinin rəhbəri Qundars Qrieze baş vermiş neqativ hadisə ilə bağlı təcili toplantı keçirmiş, Azərbaycandan olan “aksionerlər”dən fəaliyyətlərinə ciddi zərbə vurulacağını gündəmə gətirmişdir. Respublika Prokurorluğu nümayəndəlikdə olan bütün köçürmə hallarını nəzarətə götürməsi hətta bir çox “məmurları” da narahat etməyə başlamışdır.

“Ölü” şirkətlər:

Maraqlı məqamlardan biri də pul köçürülmələri zamanı Latviyada “”ölü” şirkətlərdən istifadə edilməsi ən optimal variant hesab olunur. Göstərilən şirkətlərin açılması cəmi 1 avroya başa gəlirsə, onların illik dövriyyəsi 1 milyondan yuxarı hesablanır. Əsasən ofşor prinsipi ilə çalışan bankın digər ölkələrdəki nümayəndəlikləri də əsasən “qara” pulların bu ölkələrdən çıxarılıb biznes mübadiləsi adı altında “ölü” şirkətlərə vəsait yatırılması ilə nəticələnməsindən ibarətdir.

Qazeta.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]