İqtisadiyyat

Heydər Babayevin əlindən alınan banka yeni rəhbər təyin olundu

12-07-2016, 14:40
"Bank Standard”-a yeni rəhbər təyin olunub 

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) verilən məlumata görə, 12 iyul 2016-cı iltarixində "Bank Standard” KB-nın müvəqqəti inzibatçısı tərəfindən Xalid Əhədov banka Baş Direktor təyin olunub. 

Məlum olduğu kimi ”Bank Standard” KB-da yaranmış maliyyə problemlərin tənzimlənməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən mayın 3-dən etibarən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib, kritik likvidlik çatışmazlığı ilə əlaqədar sosial xarakterli ödənişlər istisna olmaqla bankın digər öhdəliklərinin ödənişinə 4 iyul 2016-cı il tarixinədək moratorium tətbiq olunub. 

Bankın əhəmiyyətini nəzərə alaraq, 4 iyul 2016-cı ildə onun səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan "Azər-Türk Bank” ASC vasıtəsilə sanasiya edilməsi haqqında qərar qəbul olunub.

Sanasiya proqramı çərçivəsində, X.Əhədov bankın İdarə Heyətinin Sədri səlahiyyətlərini icra edərək, 3 avqust 2016-cı il tarixinədək "Bank Standard” KB-nın idarəetmə orqanlarını formalaşdıracaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edəcək.(moderator.az)

Artıq Xalid Əhədov "Bank Standard”-ın kollektivinə təqdim edilmişdir. 

X.Əhədov 2002-ci ildən bank sektorunda fəaliyyətə başlamış, "Bank of Baku” və "Unibank”-da rəhbər vəzifələrdə çalışıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]