Ölkə

Moni Xalça Yuma Mərkəzi müştəriləri aldadır-ŞİKAYƏT

10-07-2016, 00:44

Moni Xalça Yuma Mərkəzi müştəriləri aldadır-ŞİKAYƏTİndi bu işi asanlaşdıran onlarla xalça yuma amərkəzləri var. Bu mərkəzlər telekanallar vasitəsilə reklam edilir və müştəri yığır.
Xeberman.com-un verdiy məlumata görə, İnterpress.-az-a şikayət edən ailə isə "Moni Xalça Yuma Mərkəzi”nin onların başına açdığı oyundan danışdı.

Ev sahibəsi deyir ki, xalçasını yumaq üçün telekanallardan birində reklam edilən "Moni Xalça Yuma Mərkəzi”nə zəng edib. Mərkəzdən gəlib xalçanı aparıblar.
Bir-neçə gündən sonra isə xalçaları cırıq-cırıq olmuş sellofonlara bükülmüş halda geri qaytarıblar: "Etiraz etmədim, dedim eybi yoxdur, yəqin maşından endirəndə cırıblar. Sonra xalçanı açanda dəhşətə gəldim. İçindən həşaratlar çıxıb evə doldu. Xalça üfunət qoxuyurdu, üstəlik də bütün ağ hissələri sapsarı olmuşdu. Xalçanın üstündə xeyli ləkələr əmələ gəlmişdi”.

Ailə mərkəzə zəng edib biabırçı xidmətlərini onlara irad tutanda isə qarşı tərəf günahını boynuna götürmək istməyib. Uzun mübahisədən sonra "Moni Xalça Yuma Mərkəzi” xalçanı yenidən yumağa razılaşıb. Amma aradan keçən 3 gün ərzində bu mərkəzdən səs çıxmayıb.
Azad İstehlakçılar Cəmiyyətinin sədri Eyyub Hüseynov isə bu mərkəzin müştəriyə qarşı nəzakətsiz rəftarını və pis xidmətini qanunvericiliyə zidd olduğunu bildirdi:
"Mərkəz ya xalçanı yenidən yumalıdır, ya da xarab elədiyi üçün yenisini alıb verməlidir”.

E.Hüseynov onu da qeyd etdi ki, vətəndaşın şikayəti əsasında adıçəkilən mərkəzin fəaliyyətindəki digər məqamlara da diqqət çəkmək vacibdir: "Adətən, belə mərkəzlərin fəaliyyətiləri qanunla tənzimlənmir, onlar vergidən də yayınırlar”

Qeyd edək ki, bizə gələn şikayəti araşdırdıqdan sonra "Moni Xalça Yuma Mərkəzi”nin rəhbərliyinin məsələyə münasibətini öyrənməyyə çalışsaq da iki gün ərzində onlardan səs çıxmadı. Görünür, adıçəkilən mərkəzin ətrafı çox "möhkəmdir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]