İqtisadiyyat

“BİRLİK-INŞAAT” ŞİRKƏTİNİN ADİ FIRILDAĞI

9-07-2016, 22:12
“BİRLİK-INŞAAT” ŞİRKƏTİNİN ADİ FIRILDAĞIVətəndaşların 10 milyon manatdan artıq vəsaitlərini mənimsəmiş dələduzlar hələ də həbs olunmayıblar.

Artıq neçə ildir ki, "Birlik İnşaat” MMC-nin ətrafında yaşanan qalmaqal mövzusu ölkə mətbuatının gündəmindən düşmür. Səbəb isə budur ki, vətəndaşlara qarşı dələduzluq əməlləri törətməkdə və xüsusilə böyük məbləğdə vəsaitləri mənimsəməkdə təqsirli bilinmiş şirkət rəhbərliyindən bir neçə nəfərin azadlıqdan məhrum olunmalarına (həm də uzun müddətə) baxmayaraq, indiyə kimi nə bütün bu baş verənlərə görə əsas məsuliyyəti daşımalı olan şəxslər həbs olunublar, nə də vətəndaşlara dəymiş ziyanı kimsə ödəmək niyyətində deyil.

 
Xeberman.com bizimdovr.az-a istinadən xəbər verir ki, "Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsləri tərəfindən aldatma yolu ilə külli miqdarda özgə əmlakının ələ keçirilməsi faktına görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işi üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində hələ 2012-ci ildə tamamlanıb. İstintaq nəticəsində müəyyən edilib ki, cəmiyyətin təsisçisi və direktoru Elman Tağıyev, baş mühasibi Roza Minaçaeva, həmçinin MMC-də qeyri-rəsmi işləmiş Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimov özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olaraq cəmiyyət tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasında 210 mənzili və 1041 kvadratmetr qeyri-yaşayış sahəsini saxta müqavilələr tərtib etməklə 543 nəfərə təkrar sataraq əldə edilmiş 15 milyon 416 min 964 manat vəsaitin 4 milyon 780 min 593 manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 10 milyon 636 min 371 manat məbləği isə dələduzluq yolu ilə talayıblar. Bundan başqa, "Birlik-İnşaat” MMC vergi ödəyicisi kimi qeydiyyatdan keçdikdən sonra Elman Tağıyev 2006-2011-ci illərdə mənzil tikintisi ilə məşğul olarkən sadələşdirilmiş vergi ödəyicisi kimi 157 min 365 manat məbləğində vergiyə cəlb olunacaq dövriyyəni vergi bəyannamələrində göstərməməklə 6 min 294 manat sadələşdirilmiş vergini, həmçinin əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin 1 milyon 877 min 471 manatını bəyannamələrdə az göstərməklə 343 min 879 manat məbləğində vergini büdcəyə ödəməkdən yayınıb. İstintaq qərarı ilə toplanmış cinayət işinin materialları 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinə verilib. Hamı gözləyirdi ki, ilk növbədə məhz bu dəstəyə rəhbərlik etmiş Elman Tağıyev həbs olunaraq qanun qarşısında cavab verəcək. Amma Elman Tağıyev nəinki qanun, heç hakim Novruz Kərimovun belə qarşısında görünmədi. Beləcə, "Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən təsisçisi və direktoru Eyvaz Fərəcov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatdı. Hakimin elan etdiyi hökmə əsasən, Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimov 15 il müddətinə azadlıqdan məhrum edildilər, amma barələrində həbs-qətimkan tədbiri seçilməyən Elman Tağıyev və Roza Minaçaeva barəsində də 15 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıldı. Məhkəmə zalında olan Roza Minaçaeva həbs olundu, amma əsas füqur Elman Tağıyev isə, məhkəməyə gəlmədiyi üçün həbs olunaraq təcridxanaya göndərilməsi barədə qərar qəbul edilsə də, bu qərarın icrası bu gün də həyata keçirilməyib.

Bəzi mənbələr iddia edirlər ki, Elman Tağıyev məhz MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmovun və qardaşı Adil Tağıyevin sayəsində azadlıqda gəzir...

Materialda adı keçən bütün qurumların məsələyə münasibətini öyrənmək istərdik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]