Ölkə

Azərbaycan əsgəri özünü niyə asdı?

8-07-2016, 18:41

Beyləqan rayonunda yerləşən hərbi hissədə xidmət edən 19 yaşlı Elbrus Nəcəfov müəmmalı şəkildə ölüb.

Turan-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Ailə üzvlərinə onun intihar etməsi barədə məlumat verilib, amma əsgərin valideynləri buna inanmırlar.

Ailə belə hesab edir ki, övladlarının intihar etməsi iddiası onun öldürüldüyünü gizlətmək məqsədilə ortaya atılıb. E.Nəcəfov idmançı olub, idmanın kapoeyra növü üzrə ölkə çempionu olub, Dünya Çempionatında iştirak edib.

Əsgərin ölümü ilə bağlı məlumatı Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun mətbuat xidmətlərindən dəqiqləşdirmək mümkün olmayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]