Siyasət

İtaliya Rusiyaya görə Avropa Birliyini “vurdu”

8-07-2016, 02:43
İtaliyanın Toskana Vilayət Şurası Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarının ləğv edilməsi çağırışını özündə ehtiva edən qətnaməni səs çoxluğu ilə qəbul edib.
 
Xeberman.com xəbər verir ki, qəbul edilən qərarda İtaliya hökumətinə Rusiya ilə hərtərəfli dialoqun qurulması və "divar əvəzinə, körpülər qurmaq” çağırışı edilib.
 
Qeyd edək ki, İtaliyanın Venesiya, Liquriya və Lombardiya əyalətlərində də Rusiya ilə bağlı bənzər qətnamələr qəbul edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]