Gündəm

Zakir Həsənov: "İnanıram ki, döyüşə hazır olacaqsınız"

17-10-2015, 12:30
Müdafiə naziri Zakir Həsənov 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibəti ilə ordunun şəxsi heyətinə təbrik məktubu ünvanlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumatda deyilir ki, müdafiə naziri Zakir Həsənovun hərbçilərə ünvanlanmış təbrik məktubu bu müraciətlə başlayır.

Təbrikdə daha sonra qeyd edilir: "Dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir. Əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşmış, respublikamızın müdafiə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunmuş və müstəqilliyimiz daha da möhkəmlənmişdir.

İnanıram ki, siz silah və texnikanın sirlərini dərindən mənimsəyəcək, bilik və bacarığınızı, ata və babalarımızın qəhrəmanlıq nümunələrindən bəhrələnərək döyüş qabiliyyətinizi daha da artıracaq, hər an dövlət müstəqilliyimizin qorunması və işğal olunmuş torpaqlarımızın azad edilməsi naminə döyüşə hazır olacaqsınız.

Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, təlimlərdə, döyüş hazırlığında uğurlar arzulayıram".
musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]