İqtisadiyyat

Dollar niyə 1.6 -dan baha satılır? - AÇIQLAMA

1-07-2016, 01:39
Dollar niyə 1.6 -dan baha satılır? - AÇIQLAMA
Son günlər dolların manata nisbətən bahalaşması valyuta bazarında bir xaos yaradıb. Bəzi banklar qanunvericiliyin tələblərini pozaraq, satış zamanı təyin olunmuş marjı gözləmirlər. Bu gün artıq bəzi banklar dolların satış məzənnəsini 1.62 civarında müəyyənləşdirib.


Vüqar Bayramov

Məsələ ilə bağlı Qaynarinfo.az-a danışan iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, valyuta dəyişmə məntəqələrində və banklarda satış rəsmi məzənnənin 4 faizindən çox ola bilməz: "Əgər bu gün 100 dollar almaq üçün rəsmi məzənnə ilə 154 manat ödəməliyiksə, banklar hər 100 dollar üçün məzənnəni 160 manat müəyyənləşdirə bilərlər. Bundan baha satış qanunvericiliyin pozulması deməkdir. Belə olan halda Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə Monitorinqi Xidməti həmin banklara xəbərdarlıq etməli və ya valyuta satışını dayandırması ilə bağlı qərar qəbul etməlidirlər". 

Ekspertin sözlərinə görə, yüksək məzənnələrin müəyyənləşdirilməsi qanunvericiliyə də ziddir: " Bu cür addımlar manata psixoloji təzyiqin artırılmasına gətirib çıxarır. Mərkəzi Bank mövcud qaydalar daxilində valyuta bazarında məzənnədəki marjın qorunması ilə bağlı monitorinqi davam etdirməlidir. Sözü gedən marj daxilində məzənnənin tənzimlənməsinə imkan yaradılmalıdır

Administratorla əlaqə

077 611-55-22

[email protected]