İqtisadiyyat

Nazirliklərdə 11 min dollar maaş alan məmurlar var - Araşdırma aparılır

30-06-2016, 18:22
Yüksək vəzifəli məmurların gəlirlərinin həddindən artıq çox olması İran rəhərliyini ciddi narahat edib və ölkədə gərginliyə səbəb olub 

Bunun qarşısını almaq üçün bu məmurlara qarşı kampaniya başlayıb. Artıq bir neçə bank rəhbəri könüllü olaraq istefaya gdib, yaxud istefaya məcbur edilib. Bu günlərdə isə "Rufah” bankının yüksək rütbəli rəhbərliyi ilə bağlı analoji qərar verilib.

Politika.Az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb. Bundan əvvəl isə daha 3 bankda "təmziləmə işi” həyata keçirilib ki, bura "Bank Milli”, "Sədarat” və Mehr” Bank daxildir.

İstefalar mətbuatda dövlət strukturlarında astronomik hesab edilən məbləğdə əmək haqqı alan şəxslərin olması barədə məlumatlar yayıldıqdan sonra gerçəkləşib.

İranın ali dini rəhbəri Ayətulla Əli Xameneyi prezident Həsən Ruhaniyə məsələnin araşdırılması və tədbir görülməsi barədə tapşırıq verib. Mətbuatın məlumatına görə, bəzi dövlət qurumlarında - nazirlik və komitələrdə, banklarda məmurlar 40 - 60 milyon tümən, yəni 11,5 – 17 min dollar maaş alırlar. İranda isə orta aylıq əmək haqqı 400 dollardır.

Bu barədə məlumatlar yayıldıqdan sonra hüquq-mühafizə orqanları məsələnin araşdırıldığı barədə məlumat verib. Məhkəmə sisteminin rəhbəri, höccətülislam Möhsün Ejeyi xalqın böyük əksəriyyətinin ehtiyac içində yaşadığı bir zamanda yüksək miqdarda əməkhaqqı almanın yolverilməz olduğunu deyib. Onun sözlərinə görə, dövlət qurumlarında bu yolverilməzdir və korrupsiya elementləri daşıyır. Hesablama Palatası nazirliklərdən birində apardığı yoxlama zamanı 11 min dollar əmək haqqı alan şəxslərin siyahısını hazırlayaraq hökumətə təqdim edib. Həmin vəsaitin dövlət büdcəsin qaytarılması təmin ediləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]