İqtisadiyyat

DÖVLƏT NEFT ŞİRKƏTİNİN VİTSE-PREZİDENTİ MİKAYIL İSMAYILOVUN TOPDAĞITMAZ SƏRVƏTİ-FOTOFAKT

14-03-2016, 01:26
DÖVLƏT NEFT ŞİRKƏTİNİN VİTSE-PREZİDENTİ MİKAYIL İSMAYILOVUN TOPDAĞITMAZ SƏRVƏTİ-FOTOFAKT

Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovun Bakı şəhərindəki bahalı və möhtəşəm imarətləri ilə bağlı redaksiyamıza faktlar daxil olub. Veteninfo.az-a adını açıqlamaqdan imtina edən mənbə tərəfindən təqdim olunan imarətlərin fotolarını oxuculara təqdim edirik.

Faktları təqdim edən mənbə imarətlərə xərclənən pulları da açıqlayıb. Məlumata görə, Bakının mərkəzində ucaldılan 4 mərtəbəli villaya neft maqnatı Mikayıl İsmayılov 18 milyon manat xərcləyib. Villa Mikayıl İsmayılovun həyat yoldaşının adına rəsmiləşdirilib. Şəhərin digər məkanında da Mikayıl İsmayılov eyni projeli imarət ucaldıb. Bu villanın da sahibi kimi Mikayıl İsmayılovun həyat yoldaşı göstərilib.

Mikayıl İsmayılovun Pirallahı qəsəbəsindəki növbəti villasının isə qiyməti 9 milyon manat qiymətləndirilib. Həmin villa isə Mikayıl İsmayılovun oğlu Orxan İsmayılovun adına rəsmiləşdirilib.

Mikayıl İsmayılovun bu villası hektarlarla ərazidə yerləşir

Bununla yanaşı, neft maqnatının Pirallahı qəsəbəsində 1 hektardan artıq ərazidə yerləşən istirahət mərkəzidir.Bura istirahət mərkəzi adlandırılsa da, burda əsl qadın alveri gedir. Adını açıqlamaqdan imtina edən mənbənin iddiasına görə, Pritona nəzarət edən isə Pitallahı rayon Polis Şöbəsinin rəisi, Mikayıl İsmayılovun qardaşı Cümşüd İsmayılovdur.

Redaksiyadan6 Qarşı tərəfin də mövqeini təqdim etməyə hazırıq.

Vətəninfo.az














Administratorla əlaqə

077 611-55-22

[email protected]