Siyasət

Prezident bu şəxslərlə bağlı sərəncam verdi - SİYAHI

12-06-2016, 22:57
Bu gün Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun təşkilində fərqlənmiş şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun təşkilində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə:

Eyvazzadə Vasif Rasif oğlu

"Tərəqqi” medalı ilə:

Məlikov Cəlil Bəhram oğlu

Məmmədova Nuriyyə Lətif qızı

Şixəmmədov Vüqar Nurməmməd oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə:

İbrahimova Xanım Məmməd qızı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]