Hz Fatimə (s.ə) məhşərə qana boyanmış paltarla gələcək...
Əl-Üməm vəs-siyasət kitabında Əli ibn Əbi Talibib (ə) beyətinin necəliyi barədə deyilir: "Əbu Bəkr bildi ki, camaatın bir qismi onun beyətini qəbul etməyib və onlar Əlinin (ə) yanındadırlar. Əbu Bəkr Öməri onların yanına göndərdi (ki, onlardan Əbu Bəkrə beyət alsın). Ömər (onların yanına) gəldi və qışıqırdı. Onlar (bu zaman) Əlinin (ə) evində idilər və evdən çıxmaqdan imtina etdilər. Ömər odun istəyib dedi: "And olsun o kəsə ki, Ömərin canı onun əlindədir gərək evdən çıxasınız.Əgər belə etməsəniz, evi içəridə olanlarla birlikdə yandıracağam.” Ona dedilər: "Ey Əba Həfsə! Bu evdə Fatimə (ə) da vardr. Dedi: O da olsa odlayacağam. Əlidən (ə) başqa hamı evdən çıxdı.” (Əl-üməm vəs-siyasət – İbn Qüteybə. Səh 13)
Allah Rəsulu (s) buyurdu: "Ey Salman! Hər kəs qızım Fatiməni (ə) sevərsə, mənimlə behiştdə olacaq və hər kəs onunla düşmən olarsa, Cəhənnəm odunda olacaqdır.” (Fəraidus-simtəyn. 2-ci cild, səh. 67)
Abdullah ibni Məsud buyurdu: Allahın Rəsulu (s) buyurdu: "Həqiqətən, Fatimə (ə) öz iffətini hifz edib qorudu. Allah onu və nəslini cəhənnəm oduna haram buyurdu.” (Fəraidus-simtəyn. 2-ci cild, səh. 51)
Allahın Rəsulu (s) buyurdu: "Qızım Fatimə (ə) insan qiyafəsində olan huridir. (Qadınlar, hər ay özlərində qan görsələr də) Hz Fatimə (ə) bunu heç vaxt görməz. Ona görə Fatimə (ə) adlandırıldı ki, Allah –Təala onu və onu sevənləri cəhənnəm odundan ayırıbdır. (Fəraidus-simtəyn. 2-ci cild, səh. 48)
Hz Əli (ə) buyurdu: "Allahın Rəsulu (s) buyurdu: Allah mənim əhli-beytimə zülm və əzab-əziyyət verənlərə behişti haram edibdir. Və onlarla müharibə edən, onlara söyüş söyüb, hücum edən, habelə onların var-dövlətini qarət edən şəxslərin axirətdə heç bir savabı olmaz və Allah onlarla danışmaz.” (Şərəfun-nəbiyyi. – Xərquşi, səh. 275)
Peyğəmbər (s) buyurdu: "Fatimə (ə) məhşərə gələrkən qanla boyanmış paltarlar onunla olacaq ki, Allah-Təalanın ərşinin sütunlarından birinə asıb deyəcək: Ey ədl və ədalət, ey Cabbar! Bizimlə övladımızın qatili arasında hökm et. Peyğəmbər (s) buyurdu: Kəbənin Rəbbinə and olsun ki, Allah qızım Fatimə (ə) üçün hökm edəcək. (Mənaqib ibn Məğzalı, səh 64)
Allah Rəsulu (s) Həsən və Hüseynin əlindən tutub buyurdu: "Hər kəs bu iki oğlan və bunların ata-anasını sevərsə, Qiyamət günü mənimlə birlikdə və mənim dərəcəmdə olacaqdır. (Fəraidus-simtəyn 2-ci cild, səh. 27)