İslam

Qəzza xarabalıqlarında iftar süfrəsi

10-06-2016, 15:14

Qəzza daxilində olan mənbələr bu ramazanda iqtisadi vəziyyəti digər 9 illə müqayisədə daha da pisləşdiyini deyiblər

 

 

İslaminSesi xəbər verir ki, qəzzalılar artıq 10 ildir ki hava, quru və sudan İsrailin mühasirəsindədirlər. 2006-cı ildə HƏMAS-ın parlament seçkilərində qalib gəlməsi və Fəth hərəkatının buna etirazı İsrail tərəfinin də Qəzzalıları təzyiqlə üz-üzə qoyması ilə nəticələndi

 

Qəzza daxilində olan mənbələr bu ramazanda iqtisadi vəziyyəti digər 9 illə müqayisədə daha da pisləşdiyini deyiblər.

 

İsrailin sudan qəzzalı balıqçılara qoyduğu qadağa bölgənin əsas gəlir mənbələrindən olan balıqçılıq sahəsini də iflic vəziyyətə salıb.

 

Elektrik enerjisi və qazın nadir hallarda olduğu bölgə ilə Misir arasında yerləşən Rəfəh keçid məntəqəsinin çox zaman bağlı qalması bura qida və ərzaq məhsullarının idxalını da çətinləşdirib.

 

Qəzza Sektorunda istehsal müəssisələrinin infrastrukturasının İsrailin hava zərbələri nəticəsində dağılması işsizlərin sayının artması və əhalinin alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı düşməsi ilə nəticələnib.

 

İslaminSesi bir qəzzalı ailənin hava zərbələri nəticəsində dağılmış evi qarşısında sərdiyi iftar süfrəsinin görüntülərini təqdim edir.

Qəzza xarabalıqlarında iftar süfrəsi

Administratorla əlaqə

077 611-55-22

[email protected]