Siyasət

Tovuz sakini Ermənistana keçib - TƏSDİQLƏNDİ

9-06-2016, 18:20

Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçməsi faktı təsdiqlənib. Bu haqda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova xəbər verib.

O, APA-ya deyib ki, iyunun 8-də təmsil etdiyi qurumun nümayəndələri sərhədi keçərək Ermənistan ərazisinə daxil olan azərbaycanlıya baş çəkiblər.

BQXK rəsmisi həmin şəxsin durumu və Ermənistana keçməsinin səbəbi haqda heç nə deməyib.

İyunun 7-də Tovuz rayonunun Yanıqlı kənd sakini Zöhrə Vəliyevanın Ermənistana keçdiyi bildirilirdi.

Ermənistan hakimiyyət orqanlarının bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsini (BQXK) məlumatlandırdığı deyilirdi.

Ancaq Tovuz rayon polisindən, eləcə də icra orqanlarından Yanıqlı kəndində Zöhrə Vəliyeva adlı şəxsin yaşamadığı bildirilmişdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]