İqtisadiyyat
Prezidentin fərmanını Şərifov tanımır, yoxsa... - Sosial yönümlü, yoxsa sosial yeyimli büdcə?
7-06-2016, 21:31
Qarabağ əlillərinə ayrılan aylıq müavinət necə mənimsənilir?
Qarabağ əlilləri və müharibə veteranları 2002-ci ilə kimi kommunal, nəqliyyat və digər xidmətlərin haqqını ödəməkdən azad olublar. Hakimiyyət bu "azadlığı” pul kompensasiyası ilə əvəz etməyə qərar verdiyindən Milli Məclisin 15.11.2001 tarixli 214 saylı Qanunu ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilərək, "Əlillərin sosial müdafiəsi haqqında” 25.08.1992 tarixli 284 saylı Qanunun 36 (əlillərin rabitə vaitələri ilə təmin edilməsi), 41 (əlillərə nəqliyyat xidməti), 42 (tibbi xidmət, dərman vasitələri və protezlər ilə təminat), 43 (əlillərə mənzil-məişət xidməti) maddələrilə müharibə əlillərinə telefondan istifadə haqqını, nəqliyyat vasitələrindən istifadə haqqını, dərman pulunu, mənzil-kommunal xidmətlərindən istifadə haqqını ödəməyə aylıq müavinət verilməsi təsbit olunub. Prezident 26.12.2001 tarixli 613 saylı "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanla bu qanuna uyğun olaraq Qarabağ əlillərinə 26 manat, Qarabağ müharibəsi veteranlarına isə 11 manat aylıq müavinət müəyyən edib.
Sonradan 22.01.2007 tarixli 514 saylı "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi haqqında əlavə tədbirlər haqqında” Fərman ilə Prezident Qarabağ veteranlarının müavinətini qüvvədən salıb. Yəni yalnız Qarabağ müharibəsi veteranlarına ayrılan müavinətin verilməsindən imtina olunub, digər kateqoriyadan olan aztəminatlı şəxslərin müavinətlərinə isə toxunulmayıb. Nazirlər Kabineti (NK) 09.01.2002 tarixli 9 saylı Qərarla bu aylıq müavinətlərin vətəndaşlara verilməsi qaydasını təsdiq edib. Sonradan NK 27.02.2007 tarixli 40 saylı Qərarla Prezidentin 22.01.2007 tarixli Fərmanına əsasən əmək pensiyaçısı Qarabağ veteranlarının müavinətinin ləğv olunmasına görə, onların pensiyasına ödənilməklə verilməsini qaydalardan çıxarıb. (Elə bu qərarı bayraq edib maliyyə, sosial müdafiə qurumları Qarabağ veteranlarının "gözünə” zabit, MAXE (müddətdən artıq xidmət edən) Qarabağ əlillərini də yanlış olaraq qatıblar). Qaydalara görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) xəttilə pensiya alanlara müavinəti Maliyyə Nazirliyi həmin nazirliyin, digər orqanlardan alanlara isə həmin orqanların xəzinədarlıq hesabına köçürür. Göründüyü kimi hər şey çox sadədir:qanunverici qanunu imzalayıb, dövlət başçısı qanuna uyğun müavinət məbləğini müəyyən edib, NK müavinətin verilməsi qaydasını təsdiq edib. Di gəl...
Qarabağ əlillərinə Prezidentin ayırdığı 26 manat dərman, zibil, su, rabitə, nəqliyyat,mənzil-məişət pulu məmurların mənimsəmə, yem puluna çevrilib. Heydər Əliyevin yolu ilə getdiklərini yeri gəldi-gəlmədi açıqlayıb, anım günlərində "kövrələnlər” niyə onun fərmanını tanımır? Maliyyə Nazirliyi niyə büdcədən Qarabağ əlillərinə ayrılan vəsaiti mənimsəyir? Bu quruma müraciətimizə cavab olaraq Aparat rəhbəri Namiq Süleymanov yazıb ki, bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin olunmur. Məgər bunu Maliyyə Nazirliyi təyin edir? Biz büdcədən DSMF-ə15 minlik Qarabağ əlillərinin, 30 minlik şəhid ailələrinin, onlara bərabər tutulanların, ümumiyyətlə NK-nın sözügedən qaydalarına uyğun vəsait ayrılıb-ayrılmamasını soruşuruq, aldığımız cavaba baxın:
”Əlillərin sosial müdafiəsi haqqında” qanunun 8-ci maddəsinə əsasən əlillərin hüquq, azadlıq, qanuni mənafelərini dövlət məhkəmə və digər qaydalarda təmin etməli olduğu halda, əksinə məhkəmələrə tapşırıq verilib ki, Qarabağ əlillərinin iddiaları mümkün sayılmasın. Bu tapşırığa əməl edilərək müharibə əlillərinin iddiaları ümumi məhkəmədən inzibati-iqtisadi məhkəməyə göndərilir, orada isə illərlə sürən süründürməçilikdən sonra iddialar mümkünsüz sayılır. Ən maraqlısı budur ki, müavinəti verməkdən imtina edənlər bu məhkəmə qərarlarını məhkəməyə sübut kimi təqdim edib, "presedent qaydasında” qanunsuz, iddianın mümkün sayılmaması barədə qərarlar çıxarılmasına nail olurlar. Özbaşınalığa baxın, sosial-hüquqi müdafiəyə ehtiyacı olan şəxsi müavinətdən məhrum elə, sonra hüquqi müdafiədən də saxta məhkəmə qərarı ilə məhrum et. Açıq-aşkar mütəşəkkil qaydada vəsaitlıərin mənimsənilməsi üzə çıxır .Sonra da bar-bar bağırırlar ki,büdcə sosial yönümlüdür. İndi özünüz deyin, büdcə sosial yönümlüdür yoxsa sosial yeyimli?
P.S.Az qala yadımdan çıxmışdı. Aylıq müavinətin kəsilməsini 24.02.2006 tarixli "Sosial müavinətlər haqqında” qanunun 7-ci maddəsilə (bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət şəxsin pensiya hüququ olmadıqda təyin edilir) izah edənlər də yanlış yoldadır. Bu "bəzi”lərin içinə Qarabağ əlilləri düşmür. NK-nın 311 saylı 15.09.2015 tarixli qərarına 7 saylı əlavənin 2.22 və 2.23 maddələrində yalnız Qarabağ müharibəsi veteranları və şəhid ailəsi üzvlərinə əmək pensiyaçısı olmadıqda bu sosial müavinətin, yəni sosial pensiyanın təyin olunması yazılıb və bu ƏƏSMN-in stolüstü əsasnaməsidir.
Prezidentin 29.08.2013 tarixli 973 saylı fərmanında isə sosial müavinətçi (pensiyaçı) Qarabağ əlillərinə müavinətin məbləği ortalıq 80 manatdır və rəsmi bilgiyə görə cəmi 634 nəfər sosial müavinət alan Qarabağ əlili var. Bəs qalan 15 min Qarabağ əlilinin müavinətini maliyə qurumları yeyir?

Məğrur BƏDƏLSOY