Müharibə əlilləri Dövlət Sosial Müdafiə Fondundan prezidentə şikayət edir
Müddətdən artıq həqiqi hərbi xidmətdə olan bir qrup Qarabağ müharibəsi əlilləri tərəfindən Qafqaz Xəbər Agentliyinəşikayət məktubu göndərilib. Qafqaznews.az-ın elektron poçtuna göndərilən məktubda qeyd olunur ki, bu müraciət eyni zamanda dövlət başçısı İlham Əliyev cənablarına yönəldilib.
Məktubda deyilir: "Qeyd edirik ki, bizim kimi SSRİ Silahlı Qüvvələrində tam xidmət edib, sonra Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda Qarabağ Müharibəsində əlil olan mindən çox hərbi qulluqçuların pensiyalarının fərq məbləği 2007-ci ildən 2015-ci ilədək hesablanaraq hissə -hissə ödənilmişdir ( 2007-ci ilədək isə məhkəmələrə müraciət edilmişdir), lakin noyabr ,2015-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamenti bizə problem yaradır, bizə ödəniləcək məbləği ödəmək istəmir. Bu barədə müəyyən araşdırmalar aparsanız, tam şahidi olacaqsınız ki, Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamenti Qarabağ müharibə əlilləri ilə açıq mübarizə aparır, məqsədləri nədir, bilinmir”.
Qeyd olunur ki, ancaq 2016-cı ilin yanvarından etibarən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamentinə vəzifəli şəxsləri biz əlillərlə ədalətsiz olaraq mübarizə aparır, bizi incidirlər, hüquq və azadlıqlarımızı tapdalayırlar. Gündə biz əlillərin əleyhinə bir ədalətsiz qərar çıxarırlar. Biz yarıcan əliləri məcbur edirlər ki, məhkəmələrə müraciət edək”.
Şikayətçilər prezidentə müraciət edir: "Hörmətli Cənab Prezdentimiz İlham Əliyev, biz əlillərə öz diqqət və qayğısınI əsirgəmir, lakin Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamenti bizlə mübarizə aparır .
Bu nə deməkdir?! Biz əlillərə qarşı ölkə rəhbəri bizə bəslədiyi diqqət və qayğını Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamenti inkar edir.
Cənab Ali Baş Komandan, sizdən xahiş edirik Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamenti barədə ciddi tədbir görün, bizə kömək edin. Biz sağlamlığımızı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itirmişik, bizə qarşı belə ədalətsizlik olmaz”.
Sənan Məmmədli