Ölkə

Mikayıl Cabbarov və “Sağlam Təhsil”… Bir QHT-nin izi ilə…

6-06-2016, 19:36

İki il əvvəl Təhsil naziri Mikayıl Cabbarovun dəstəyi ilə  Milli Təhsil Texnologiyaları Mərkəzi İctimai Birliyi tərəfindən ölkənin bir neçə məktəbində "Sağlam Təhsil” pilot layihə fəaliyyətə başladı. O zaman layihə rəhbərləri elan etdilər ki,  guya bu sistem sagirdlərin sağlamlığını qoruyacaq, gənc nəsilin inkişafına təkan verəcək. Hətta açıqlamalar verildi ki,  Təhsil Nazirliyi "Sağlam təhsil” vasitələri üzrə normativ sənədlər hazırlayır.

Bu vasitələrə aid olan binalar, mebellər, sinif tərtibatı, avadanlıq, ləvazimatlar və dərsliklər Milli Təhsil Texnologiya Mərkəzinin nəzdində yaradılmış tibbi-gigiyenik, gender və psixoloji-pedoqoji ekspertiza qrupu tərəfindən öyrəniləcək və tədricən tələblərə uyğun təkmilləşdiriləcək. Beləliklə, təhsil texnologiyalarının şagirdlərin sağlamlığına mümkün qədər az zərər vurmasına nail olunacaq.

Olundumu? Əslində bu pilot layihə nə idi? 6-7 yaşlı uşaqları, onların valideynlərini, ümumilikdə, cəmiyyəti aldadıb pul qazanmaqmı, yoxsa, sözün həqiqi mənasında təhsili inkişaf etdirmıkmi?

Milli Təhsil Texnologiyaları Mərkəzi İçtimai Birliyi haradan yarandı? Onu kimlər yaratdı? Bu ictimai Birlik və ya onun rəhbəri Şamil Süleymanlı adlı şəxs təhsil sahəsini bilirmi? Bu QHT heç zaman ciddi layihələr həyata keçirmədiyi halda nədən ona bu kimi ciddi layihə verildi? Belə yeni yaradılan İçtimai Birliyə gənc nəsili həvalə etmək olardımi? Layihə nə qədər ugurlu oldu? Davam edəcəkmi? "Sağlam Təhsil” adlı pilot layihəyə nələr aid idi? Layihədə şagirdlərə aid nələr nəzərdə tutulub? Niyə edilmədi? Müəllimlərin seçimi necə aparıldı?

Bütün bunlar barədə yaxın günlərdə Bizimxeber.az-da oxuyun!!! Ciddi faktlar ortada!

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]