Media

Sabiq deputat ATV-ni İTTİHAM ETDİ

6-06-2016, 15:04
Sabiq deputat ATV-ni İTTİHAM ETDİİnterpress.az xəbər verir ki, E.Hüseynov jurnalistlərə qarşı zorakılığa qarşı olduğunu bildirsə də, ATV əməkdaşlarını da ittiham edib.
"Amma rüşvət və reket qoxulu, eybəcər şekildə plagiat bir proqramla, icazəsiz olaraq hansısa sahibkarın obyektinə daxil olub "yoxlama" aparmaq da yolverilməzdir. Bu baxımdan həmin sahibkarın rəftarını nəinki qınamır, hətta ona bəraət də qazandırıram. Hayla gələn, huyla da yola salınmalıydı...”.
Sabiq deputat sonra ATV-ə bir sual ünvanlayıb:
"Və bir sual- həmin şamaxılı sahibkar da öz növbəsində əlinə kamera alıb ATV rəhbərinin kabinetinə icazəsiz və qəfil daxil olub çəkiliş etsə, sizcə mənzərə nə cür olar?”.

Qeyd edək ki, Etibar Hüseynov bir müddət ATV-də yayımlanmış "Sitatın sonu” verilişini aparıb.
ATV telekanalında yayımlanan "Yoxlama” verilişinin əməkdaşları Şamaxıda fiziki zorakılığa məruz qalıb. Belə ki, proqramın çəkiliş heyəti verilişin növbəti buraxılışı üçün Şamaxıdakı restoranlardan birində icazəsiz çəkiliş aparmaq istəyib. Buna etiraz edən restoran sahibi aparıcı Azər İsmayılov və verilişin əməkdaşlarını təhqir edərək, məkandan zorla uzaqlaşdırıb

Administratorla əlaqə

077 611-55-22

[email protected]