İdman

Azərbaycan medal qazanır, amma geriləyir - SIRALAMA

18-08-2016, 17:32

2 gün əvvəl medal sıralamasında 51-ci yerdə olan Azərbaycan 55-ci pilləyə yuvarlanıb.

Rio Olimpiadasında 2 gün əvvəllə müqayisədə Azərbaycan aktivinə daha 4 medal (1 gümüş, 3 bürünc) qazandırıb.

Qaynarinfo.Az xəbər verir ki, buna baxmayaraq, 2 gün əvvəl medal sıralamasında 51-ci yerdə olan Azərbaycan 55-ci pilləyə yuvarlanıb. Buna səbəb hələ də qızıl medala həsrət qalmağımızdır. Artıq ilk "10-luq"da da dəyişikliklər var. Dünən qadın güləşində 3 qızıl medal qazanan Yaponiya 2 pillə yüksələrək 6-cı yerə qalxıb. Niderland isə Cənubi Koreyanı "Top-10"dan sıxışdıraraq çıxarıb.

SIRALAMA

1. ABŞ 30 qızıl 32 gümüş 31 bürünc 93 medal

2. Böyük Britaniya 19 19 12 50

3. Çin 19 15 20 54

4. Rusiya 12 14 15 41

5. Almaniya 12 8 9 29

6. Yaponiya 10 5 18 33

7. Fransa 8 11 12 31

8. İtaliya 8 9 6 23

9. Niderland 8 4 3 15

10. Avstraliya 7 8 9 24

55. AZƏRBAYCAN 0 3 4 7

Administratorla əlaqə

077 611-55-22

[email protected]