Siyasət
Gülər Əhmədova siyasətə qayıdır: BU DƏFƏ QALMAQALLA - təfsilat
4-06-2016, 02:34
Sabiq deputatın hakimiyyətdəki qanadların biriylə anlaşaraq, yenidən meydana döndüyü ehtimalı böyükdür
Ötən parlament seçkiləri ərəfəsində böyük qalmaqala səbəb olmuş sabiq deputat Gülər Əhmədova bir müddət həbsdə yatdıqdan sonra azadlığa buraxıldı. Politika.Az xəbər verir ki, həbsdən çıxdıqdan sonra yaradıcılığa üstünlük verəcək, Əhmədova sonradan kursu dəyişmək qərarına gəlib.
Belə ki, keçmiş deputat yenidən siyasətə atılmaq barədə qəti addımlar atmağa başlayıb. Bildirək ki, Gülər Əhmədova artıq Müasir Müsavat Partiyasına qoşulduğunu bəyan edib. O bundan sonra siyasətə bu partiyadan davam edəcəyini açıqlayıb. Üstəlik, sıradan bir üzv kimi partiyada təmsil olunmaq fikri də yoxdur. Hafiz Hacıyevlə əldə edilən razılaşmaya əsasən xanım Əhmədova yaxın vaxilarda partiyada mühüm postlardan birini tutacaq.
Politika.Az xəbər verir ki, onun atdığı addımlar heç də boşuna deyil. Üstəlik, Gülər Əhmədova siyasətə sıradan bir şəxs kimi də qoşulmaq fikrindən uzaqdır. Bu azmış kimi, siyasətdə daha da möhkəmlənməsi üçün yeni bir taktika seçib. Belə ki, sabiq deputat siyasətə qatılacağını bəyan edən kimi ilk hədəf olaraq YAP-a ittihamlar irəli sürməyə başladı. Onun bu addımlarının razılaşdırılmış olduğu isə şübhəli məsələdir. Yəni, Gülər Əhmədova mümkündür ki, hakimiyyətdə bəzi qanadlarla əlbir olaraq hakim partiyadakı bəzi qruplaşmaları hədəfə alacaq. Elə onun verdiyi açıqlamalardan da belə aydın olur ki, hədəf Müasir Müsavat Partiyasında lillənib qalmaq yox, daha böyük hədəflər uğrunda mübarizə aparmaqdır.
Politika.Az xəbər verir ki, Gülər Əhmədovun YAP-a hücum etməsinin arxasında cəmiyyətdə olan nüfuzunu bərpa etməkdir. Bundan başqa, hakimiyyət hazırda Azərbaycanda yeni bir müxalifət partiyasının formalaşmasında maraqlıdır. Və Gülər Əhmədovanın Müasir Müsavat Partiyasının müxalifət imicini formalaşdırmaqla məşğul olacaq. Bu səbəbdən də onun ütülü şəkildə həm YAP-ı, həm də hakimiyyəti tənqid edəcəyi gözlənilir. Böyük ehtimalla mətbuatda və televiziyalarda da ona münasib şərait yaradılacaq.
Əhmədovanın bir başqa hədəfi parlamentə düşməkdir. Əvvəllər də deputat mandatına sahib olmuş sabiq deputatın parlamentə düşməsi üçün gərəkən bütün şəraitin yaradılacağı da istisna deyil. Amma bütün bunlara rəğmən, onun oyun qaydalarını pozmayacağı dəqiqdir. Yəni, hökumət tənqid olunacaq, amma hakimiyyət rəhbərliyi haqqında bir kəlmə də olsun danışmayacaq.
Bir sözlə, Gülər Əhmədova yenidən siyasətə qatılır. Amma «sərhədli» siyasətlə məşğul olmaq məcburiyyətindədir. Əks təqdirdə, onu yenidən həbsxanaya göndərə bilərlər.