İslam

İmam Rızanın (ə) Əba Səltə Ramazan ayının gəlişi ilə tövsiyələri

2-06-2016, 22:42
İmam Rza (ə) şaban ayının axırıncı cüməsində Əba Səltə Ramazan ayının gəlişi münasibətilə yerinə yetiriləsi əməlləri öyrədir.

Mərhum Əllamə Məclisi Biharul-ənvar kitabın 94-cü cildinin 73-cü səhifəsində İmam Rzadan (ə) bir rəvayət nəql edir. Rəvayətdə İmam Rza (ə) şaban ayının axırıncı cüməsində Əba Səltə Ramazan ayının gəlişi münasibətilə yerinə yetiriləsi əməlləri öyrədir:
1. Çox dua etmək
2.Çox istiğfar etmək (günahlarının bağışlanmağını diləmək)
3.Çox Quran oxumaq
4.Günahlardan tövbə etmək
Bu rəvayətə əsasən, bu dörd əməl insanın ixlasla Ramazan ayına daxil olmasına səbəb olar.
5. Boynunda olan bütün əmanətəri sahiblərinə qaytarmaq
6.Möminlərə qarşı hər bir kin-küdurəti qəlbindən çıxarmaq
7.Qəlbdən bütün günahların kökünü kəsmək
8.Təqvalı olmaq
9. Aşkar və gizli işlərdə Allaha təvəkkül etmək
10. Bu duanı çox oxumaq:
"Əllahummə in ləm təkun ğəfərtə ləna fi ma məza min şəban fəğfir ləna fi ma bəqiyə minh."

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]