Ölkə

Bakı sakinləri tarixi abidələrin sökülməsi ilə bağlı petisiya yaratdılar

30-05-2016, 21:45

Nazirlər Kabinetinin 23 tarixi abidənin sökülməsi ilə bağlı verdiyi qərar əhali tərəfindən birmənalı qarşılanmayıb. ANS PRESS-in məlumatına görə, nazirliyin bu qərarı ləğv etməsi üçün narazı camaat adından petisiya yaradılıb.

Petisiya Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinə göndəriləcək.

Petisiyanı yaradan Fərhad Mehdiyev deyir ki, Bakının hər daşı hər birimiz üçün əziz və qiymətlidir. Amma, təəssüflər olsun ki, hazırda bu tarixi binalar sökülür. "Onlar bizim tariximiz, onlar bizim mədəniyyət abidələrimizdir".

Petisiyada deyilir ki, "Tarixi abidələrin qorunması haqqında" qanunun 2-ci maddəsində qeyd olunub: "Tarix və mədəniyyət abidələri, arxeoloji və memarlıq obyektləri, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri, əşyalar xalqın dini əqidəsi ilə bağlı dəyərlərdir”.

"Azərbaycan Respublikası 26 noyabr 2009-cu il tarixində "Avropanın memarlıq irsinin qorunması haqqında" 1985-ci il oktyabrın 3-də Qranada şəhərində imzalanmış konvesiyaya qoşulub. Buna görə də Nazirlər Kabinetinin istədiyi abidəni tarixi abidələr siyahısından çıxarması mümkün deyil. Çünki bu məsələdə hökumətin bu abidələri qoruma vəzifəsi vardır. Azərbaycan Avropa Şurasının üzvüdür və mədəni irsin qorunması kimi bir öhdəliyi üzərinə götürüb. Odur ki, hər abidə rahat şəkildə sökülüb Nazirlər Kabinetinin siyahısından silinə bilməz", - deyə petisiyada qeyd olunub.

Ferhad Mehdiyev - petisiyanı yaradan şəxs
Ferhad Mehdiyev - petisiyanı yaradan şəxs

Ötən il iyulun 23-də Nazirlər Kabinetinin qərarı ilə 76 tarixi və mədəniyyət abidəsi, bu ilin mayında isə 21 tarixi ev və 2 mədəniyyət abidəsinin sökülməsi haqqında qərar qəbul olunub. 

Sökülməsi nəzərdə tutulan abidələr bunlardır:

 

Ümumiyyətlə, Yasamal rayonunda "Sovetski” kimi tanınan ərazidə yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi tədbirləri 2014-cü ildən başlayaraq davam etdirilir. 

Görülən işlərin ilk nəticəsi olaraq köçürülmüş ərazidə Nəriman Nərimanov heykəlindən Hüseyn Cavid parkına qədər yeni 4 zolaqlı avtomobil yolu və istirahət parkı keçən ilin oktyabr ayından əhalinin istifadəsindədir. 

Salınacaq yeni yolların və kommunikasiya xətlərinin layihəsi təsdiq olunub. Artıq bu istiqamətdə ötən ildən işlərə başlanılıb. Yeni yollar Qış Bulvarının davamı olaraq Azərbaycan Milli Dram Teatrından Nəriman Nərimanov prospektinədək, Nizami metrosunun yaxınlığından Balababa Məcidov, Abdulla Şaiq, Süleyman Rəhimov küçələrinin əhatə etdiyi boşalmış ərazilərdə salınacaq.

Yaxşı olardı ki, tarixi abidələri sökməmişdən əvvəl əhalinin də rəyi nəzərə alınsın. Petisiyanın az vaxtda minlərlə insan tərəfindən imzalaması və sürətlə yayılması da buna bariz nümunədir.

Hər halda, ümid edək ki, xalqımızın irsi olan  bu tarixi binaların taleyi ilə bağlı fikirlər nəzərə alınar və bütün tərəflərin ortaq razılığına səbəb olacaq qərar verilər. 

Abbas Mirzə Şərifzadənin evi
Abbas Mirzə Şərifzadənin evi

Administratorla əlaqə

077 611-55-22

[email protected]