Ölkə

Apreldə müharibənin dayandırılmasının əsl səbəbi

27-05-2016, 22:51
"Ordumuz çox qısa müddətə Qarabağı tam azad edəcəkdi."Əli Həsənov - Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi
Əli Həsənov - Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi

"Aprelin 4-də müharibə dayandırılmasaydı Azərbaycan işğal edilmiş ərazilərini qısa müddətə - 15-20 günə, bəlkə də 1 aya tam azad edə bilərdi".

ANS TV-nin məlumatına görə, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisiƏli Həsənov aprelin əvvəlində cəbhədə yaşanan gərginliyə  beynəlxalq təşkilatların münasibətini şərh edərkən səsləndirib.

O, Azərbaycanın bunun üçün yetərincə gücə sahib olduğunu, lakin beynəlxalq aləmin buna imkan vermədiyini əlavə edib.

"Həm orduda xidmət edənlərin, həm Azərbaycan xalqının, həm də ölkə başçısının torpaqların azad edilməsi üçün iradəsi, əzmi ortada idi. Biz Azərbaycan olaraq beynəlxalq münasibətlərin tərkib hissəsiyik. Dünya siyasətinin aktorlarından biriyik. BMT Təhlükəsizlik Şurasının, BMTnizamnaməsinin müəyyən tələbləri var ki, biz həmin tələblərə əməl etməliyik. Biz ötən iki ildə BMT təhlükəsizlik şurasının üzvü olduq. Beynəlxaq qurumların normaları var ki, bu tipli münaqişələr dinc yolla həll edilməlidir", - deyə Əli Həsənov bildirib.



Administratorla əlaqə

077 611-55-22

[email protected]