Ölkə

“Ordumuz 400 şəhid verib, sizsə...” -General əsəbləşdi

27-05-2016, 12:14
Türkiyə ordusunun keçmiş qərargah rəhbəri, ehtiyyatda olan general İlker Başbuğ qatıldığı bir toplantıda möhkəm əsəbləşib.
 
General bir xanım dinləyicinin "indi ordumu var paşam?” sözlərinə kəskin reaksiya verib.
 
O bunları söyləyib: "Həm də elə bir ordumuz var ki, siz nədən bəhs edirsiz xanım əfəndi. Ordumuz 400 şəhid verib və bütün əsgərlərimiz terrorun məhv etmək üçün ruh yüksəkliyi ilə çalışır. Sizsə "indi ordumu var paşam?” deyirsiz. Bu yaxınlarda yaralı bir əsgərimizi ziyarət etdim. dedilər, çənəsindən yaralanıb və qəti danışa bilmir. Amma onun yanına girən kimi çabalayaraq, zorla danışmağa başladı: "Komandanım əsgər yoldaşlarımı yalnız buraxdığım üçün çox ügünəm” dedi”.(Publika.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]