Ölkə

Namiqlə oxşarı arasında "QIZ SÖHBƏTİ" - QALMAQAL

26-05-2016, 21:02

Meyxanaçı Namiq Qaraçuxurlu bənzəri Elman Məmmdəov barəsində dediyi "Mənim adımdan istifadə edib, xanımlarla danışır” sözləri cavabsız qalmayıb. E.Məmmədov N.Qaraçuxurlunun ünvanına bu sözləri deyib: "Namiqin mənim barəmdə dedikləri ağ yalandır. Elə bir söhbət olmayıb. Hansısa qızla söhbət etmişəmsə, öz adımla danışmışam. Orada Namiqin adı hallanmayıb. Guya mən Namiqin adından istifadə edib, xanımla danışmışam. Buna heç ehtiyacım da yoxdur. Bu söhbəti kimsə çıxarıb, Namiq də bildi-bilmədi danışıb. Bu da mənim yox, Namiqin günahıdır. Çünki kimisə dediyinə inanıb, rəy verib. Özümü kimdənsə nə aşağı, nə də üstün tutmuram. Onun bu cür danışmasının cavabını verəcəyəm”.

E.Məmmədov N.Qaraçuxurluya xəbərdarlıq  etməyi də lazım bilib: "Sizin vasitənizlə Namiq Qaraçuxurluya xəbərdarlıq edirəm. Əgər bir də Namiq mənim adımı bu cür məsələlərdə hallandırsa, hüquq mühafizə orqanları qarşısında cavab verəcək. Nə üçün mənim barəmdə belə şey danışılır? Yəni qalmaqalla, söz-söhbətlə yenidən gündəmə gəlməyə ehtiyac yoxdur. Barəmdə belə şeylər danışdığına görə, belə gümana gəlirəm ki, bütün bunlar gündəmdə qalması üçündür. Amma hər kəs öz ayranını qarışdırsa yaxşıdır”.

Qeyd edək ki, "Ondan sonra” verilişində bənzəri barədə bu sözləri demişdi: "Mənim adımdan kiminləsə danışmasın. Almaniyada olanda bir tanışım mənə yazdı ki, hardasan? Deyirəm, Almaniyada. Qayıtdı ki, bir xanım sənə bənzəyən oğlanla danışır. O da özünü Namiq kimi qələmə verib. Mənim adımdan girib harasa şərhlər yazırlar. Bunları etməsinlər”. (lent.az)


- See more at: https://turkustan.info/news/6398#sthash.rVkhPnxv.dpuf

Administratorla əlaqə

077 611-55-22

[email protected]