Maraqlı

Sən demə, kababı indiyə kimi səhv bişirirmişik...

26-05-2016, 11:59

Sən demə, kababı indiyə kimi səhv bişirirmişik...

Sən demə, kababı indiyə kimi səhv bişirirmişik...

Yay, bağ, istirahət, piknik mövsümü gəlir. Deməli azərbaycanlıların kabab bişirmək fəsli də gəlir. Manqal, kömür, ət – hər şey var. Kabab bişirməyə gözəl təbiətimiz də. Bəs niyə hələ də dadlı kabab bişirə bilmirik?! Nəinki dadlı, heç əsl kabab qoxusu da gəlmir. Yəqin ki, siz şişdə təzəcə alıb doğradığınız, duz, istiot vurduğunuz əti düzməkdən başqa üsul bilmirsiz. Əti necə gəldi kabab etmək, əslində kabab deyil, ət qızartmaqdır. Bunu bilməlisiz ki: kabab bişirmək 40 dəqiqəlik işdirsə, onu basdırma edib hazırlamaq 1 sutkalıq işdir.



Sən demə, kababı indiyə kimi səhv bişirirmişik...

Kabablıq əti qatıqla basdırma etsək?



Bu üsulla ət basdırma etmək dünyada çoxdan var. Ən bərk ət belə bu basdırmada yumşalır. Toyuq, mal, qoyun – istənilən əti qatıqda hazırlaya bilərsiz.

Sən demə, kababı indiyə kimi səhv bişirirmişik...

Necə: Sizə 1 litr qatıq, 4 ədəd soğan, 3 x.q bitki yağı, duz, istiot lazımdır. Əti doğrayıb qazana yığır, halqavari doğranmış soğanı üzərindən düzür, duz-istiot səpilib, qatıq tökülür və qarışdırılır.
Zövqə görə bura qırmızı bibər, göyərtilər də doğraya bilərsiz.
Qazan soyuducuda 5 -6 saatdan 1 sutkaya kimi qala bilər.
Kabab şişə elə qatıqlı şəkildə çəkilir. Bişirin, görün necə yumşaq, ağızda əriyən kabab alınır.

Sən demə, kababı indiyə kimi səhv bişirirmişik...

Kababa kivi qatanda da yumşaq olur?



Hamı bu barədə danışır. Deyəsən aşpazlar da bu üsulu sınayıb.
Ətin yumşalması üçün turşu təsiri lazımdır. Bunun üçün sirkədən istifadə edərdilər, amma aşpazlar deyir ki, sirkə kababın dadını dəyişir. Əgər turş lazımdırsa, bəlkə ekzotik kivi? Kivi limon suyundan da yaxşı təsir edir. Amma yadda saxlayın: əti kividə çox saxlamaq olmaz. Çünki meyvədə olan zülal fermenti heyvan zülalını tez parçalayır və ət həddən artıq çox yumşala bilər. Onda gərək əti çəkib, lülə edəsiz. Kivi ilə basdırma edəndə reseptə və vaxta dəqiq əməl etməlisiz.

Sən demə, kababı indiyə kimi səhv bişirirmişik...

Necə? 1-2 kq. ətə 1 stəkan mineral su, 3 soğan, 1 kivi bəs edir. Duz, istiot, göyərti də zövqünüzə görə.
Əti doğrayın, ona halqavari soğan, ədviyyat, duz, istiot qatın. Əllə yaxşıca qarışdırın. 1 stəkan mineral suyu əlavə edin, qarışdırın. Ya qaşıqla, ya da blenderlə kivini sıyıq halına gətirib, ətə qatın.

Sən demə, kababı indiyə kimi səhv bişirirmişik...

Vaxta diqqət edin:



Mal əti - 1 saat qala bilər;
Quzu əti - 45 dəqiqə;
Toyuq əti - 10 dəqiqə.

Administratorla əlaqə

077 611-55-22

[email protected]