Ölkə

ARDNŞ-IN VTSE-PREZİDENTİ BƏDƏL BƏDƏLOVUN ADI İLƏ HANSI QANUNSUZ TƏLƏBLƏR İRƏLİ SÜRÜLÜR? – KEŞLƏDƏN ŞİKAYƏT

26-05-2016, 01:52

Keşlə qəsəbəsində öz qanuni torpağında ev tikmək istəyən bir neçə vətəndaş  ARDNŞ-nin sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlovun adı ilə onların başına zülm açıldığını bildirir.

Həmin şəxslərdən birinin Azinforum.az-a verdiyi məlumata görə, onların ev tikmək istədiyi ərazi vaxtilə ARDNŞ-ın nəzdində fəaliyyət göstərən zavodun yaxınlığındadır:

” Hazırda həmin zavoddan əsər əlamət qalmayıb.  Həmin ərazidən bizə məlum olmayan hansısa məqsədlər üçün istifadə olunur. Ətrafda isə evlər tikilib. Dediyimiz keçmiş zavod ərazisi ilə evlərin tikildiyi sahənin arasında hündür hasar çəkilib. Günlərin bir günü  özlərini ARDNŞ-ın Mühafizə İdarəsinin əməkdaşları kimi təqdim edən bir neçə şəxs gəlib vətəndaşların öz qanuni ərazisində tikdikləri evlə bağlı işlərin dayandırılmasını  tələb ediblər.

 

ev2

 ARDNŞ-ə aid olmayan ərazidə tikilən evlərdən biri

Bizi onların rəisi Qasımın yanına çağırdılar.  Öyrəndik ki, həmin ərazi hazırda hansısa şirkətin adına özəlləşdirilib. Ancaq Mühafizə İdarəsinin Qasım adlı əməkdaşı  bildirdi ki, bütün ərazi ARDNŞ-ın vitse-prezidenti  Bədəl Bədəlova məxsusdur. Hiss etdik ki, Qasım bizim ev tikməyimiz üçün onu da "görməyimizi” istəyir.

ev3

 Bədəl Bədəlovun ərazisi deyilən yerlə vətəndaşların həyəti arasındakı hasar

Biz sənədlərimizin qaydasında olduğunu desək də, buna heç bir məhəl qoyulmadı. Sonra bütün məsuliyyəti Bədəl müəllimin yaxın adamı sayılan Bəşir adlı şəxsin üzərinə yönəltdilər. Maraqlıdır ki, bizim qanuni şəkildə, öz həyətimizdə ev tikməyə qoymayanlar bütün qadağaları Bədəl Bədəlovun adı ilə bağlayırlar. Hətta bizə  deyirdilər ki, məsələ şəxsən onun nəzarətindədir. Təbii ki, bütün bunlar inandırıcı görünmür. Çünki kifatyət qədər ciddi sahəni kurasiya edən Bədəl Bədəlovun işi-gücü qurtarıb ki, gəlib kiminsə həyətində tikdiyi daxmanı nəzarətdə saxlasın?

 

ev4

                                               Deyilən ərazinin ətrafındakı evlər

Proseslərin gedişi  göstərir ki, kimlərsə ev sahiblərindən qanunsuz yolla pul qoparmaq üçün böyük səlahiyyət  yiyələrinin adını çəkir. Sizin saytınız vasitəsilə ARDNŞ rəhbərliyinə müraciət edərək bildiririk ki, kifayət qədər nüfuzlu şirkətin adında suiistifadəyə son qoyulmasına göstəriş versinlər.

bed

Sözügedən müəsissənin görüntüsü

Biz nə ARDNŞ-ə, nə də Bədəl Bədəlova məxsus olan əraziyə girməmişik ki,  təqib olunaq. Hesab edirəm ki, ARDNŞ-in kifayət qədər görməli olan işləri var. Daha yuxarı instansiyalara müraciət etmək haqqımı özümdə saxlayıram”.

Yazıda adları çəkilən hər bir şəxsin cavab haqqını tanıyırıq. Mövzuya qayıdacayıq…

RÖVŞƏN ƏLİ

AZİNFORUM.AZ

Administratorla əlaqə

077 611-55-22

[email protected]