Yaşam

Bu uşağın sizin köməyinizə ehtiyacı var

24-05-2016, 05:31

Bu uşağın sizin köməyinizə ehtiyacı varİndi onun oynayan, məktəbə gedən, dostlarıyla əylənən vaxtıdır. Amma o, bütün bunlardan məhrum olub. Bütün gününü uzanmaqla, sakit-sakit kçirir. Heç kimlə işi yoxdur. Heç kimi incitmir. Çünki, o, nə dura, nə yeriyə, nə də danışa bilmir.

Cəlilabad rayonunun Uzuntəpə kəndində yaşayan Abbasovlar(Əzimovlar  red.) ailəsinin 9 yaşlı övladı olan Kazım Abbasov 4 ildir ki, serebral-iflic xəstəliyindən əziyyət çəkir.

Gördüyünüz bu uşağın 4 yaşına qədər heç bir problemi olmayıb. Hamı kimi yeriyir, qaçır, oynayır, deyir, gülürmüş. 4 yaşında qəflətən xəstələnir. Valideynləri onu xəstəxanaya çadırırlar. Həkimlər bir müddət Kazımı meningit-vərəm diaqnozu ilə müalicə edirlər.

Kazımın anası Şəmsiyyə Abbasova deyir ki, gözünün ağı-qarası olan bircə övladının xəstəliyi onun bütün həyatını qaranlığa qərq edib.

Anası evdar qadın, atası fəhlə işləyən Kazımın sağalması üçün maddi köməyə ehtiyac var.  Məşhur bir aforimzdə deyildiyi kimi, insanlar xəstəlikdən deyil, yoxsulluqdan, kasıblıqdan ölürlər. Çünki bir çox xəstəlikləri pul ilə aradan götürmək olur. Məhz bu cür xəstəlikdən əziyyət çəkən Kazım Abbasovun müalicəsi üçün 10 min manat pul lazımdır.

 


 

Administratorla əlaqə

077 611-55-22

[email protected]