Gündəm

Qarabağ əlili özünü yandırdı

7-10-2016, 01:06

Oktyabrın 6-da Sumqayıt sakini II qrup əlilCəmil Məmmədovpolis idarəsinin qarşısında özünü yandırıb.

AnasıSəlimə Məmmədovadeyir ki, oğlunun maşınını cərimə meydançasına aparılıb. Bundan sonra cərimələrinin silinməsi üçün ondan yüksək məbləğdə rüşvət istənilib:

"Pul istəyiblər. Oğlum verə bilməyəcəyini deyəndən sonra təhqir ediblər. Özünü yandıranda heç kim köməyə gəlməyib”.

Yaralı 5 saylı şəhər xəstəxanasının yanıq şöbəsində müalicə alır. Həkimlər onun barəsində danışmaq istəməyiblər.

Cəmil Məmmədov 2014-cü ildə – hərbi xidməti bitirməsinə 1 həftə qalmış Ermənistanla Azərbaycanın təmas xəttində gedən döyüşlər zamanı sağ ayağını itirib. Ordudan tərxis edildikdən sonra dövlət tərəfindən ona avtomobil verilib. Anasının dediyinə görə onun başında da zədələnmə var.

Bu hadisə və yaralının anasının ittihamları ilə bağlı hələlik Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]