Yaşam

Salatda xiyar və pomidoru qarışdırmaq olmaz! Yoxsa...

19-05-2016, 22:09

Nəyə görə salatda xiyar və pomidoru qarışdırmaq olmaz?

Salatda xiyar və pomidoru qarışdırmaq olmaz! Yoxsa...

Pomidor və xiyar yaz-yay mövsümünün gəlişi ilə süfrələrin ayrılmaz tərkib hissələrinin birinə çevrilir. Bu iki tərəvəzin qarışığı ilə onlarla salat növü məlumdur. Bir çox insanlar isə pəhriz üçün axşamlar ancaq bu ərzaqlarla qidalanırlar. Ancaq nə qədər qəribə olsa da, sən demə pomidorla xiyar bir-biri ilə «yola getmirmiş». FaktXeber.com-un əldə etdiyi məlumata görə, onları bir yerdə istifadə etmək səhhət üçün zərərliymiş.

Birincisi ona görə ki, xiyarın mineral maddələri qələvilik xassəsinə malikdir, pomidor isə turşuluq. Onların birləşməsi ilə duz yaranır.

İkincisi, xiyarların tərkibində askorbinaz – askorbin turşusunu məhv edən ferment var. Pomidorda isə çoxlu C vitamini olduğu hər kəsə məlumdur. Bu səbbdən həmin məhsullardan salat yeməklə, orqanizm heç bir vitamin almır.

Üçüncüsü, xiyarla pomidor birlikdə bağırsaqda qaz yaradır, çünki onların mənimsənilmə prosesi fərqlidir: Mədə məhsulun birinin - ya xiyar, ya da pomidorun həzmi üçün şirə buraxır, beləliklə, biri həzm olur, digəri isə çürüyür.

Yəqin indii çoxlarınız deyəcək ki, bütü ömrünüz boyu xiyar-pomidor salatı yemisiniz və heç bir dsikomfort hiss eləməmisiniz. Lakin ziyan ilk növbədə qaraciyərə dəyir, hansı ki, hər gün bu cür bir-birinə zidd olan qidaların emalı ilə məşğul olur. Diqqət etmədikdə, uzun illər ərzində onda aşınma yaranır və qaraciyər aktiv fəaliyyət göstərməyi dayandırır.

Xüsusilə qara ciyərləri xəstə olanlar bu informasiyaya diqqət yetirməlidirlər.


Administratorla əlaqə

077 611-55-22

[email protected]