Ölkə

İfaçı məhərrəmlik ayında 40 gün yas saxlanılmasına, toyların olmamasına qarşı çıxıb

9-10-2016, 01:20
İfaçı məhərrəmlik ayında 40 gün yas saxlanılmasına, toyların olmamasına qarşı çıxıb

"Axı biz niyə şəriət qanunları ilə yaşamalıyıq? Niyə ərəbin və farsın yasını tutmalıyıq? Niyə öz türklüyümüzü yaşamamılıyıq, 2 ay yas saxlamalıyıq?”

Bu sözləri müğənni Vüqar Muradov yazıb.

İfaçı məhərrəmlik ayında 40 gün yas saxlanılmasına, toyların olmamasına qarşı çıxıb:

"Söhbət Qurandan gedirsə, orada yas saxlamaq yoxdur. Niyə insanlar özlərini müsəlman adlandırırlar? Yas saxlamalı olsa, mən Babək Xürrəmimə, 20 Yanvar, Qarabağ şəhidlərimə yas saxlayaram. Bu hansı qanunda var?

Deyirlər, Vüqar, danışma, tanınan adamsan, sənə qarşı antipatiya, nifrət olacaq, toyların azalacaq… Niyə 2 ay ofisiant, gülsatan, xadimə, yeməkbişirən, pomidor-xiyar, paltar satan, müğənni, musiqiçi, ölkə əhalisinin 70 faizi işsiz qalmalıdır?”

Administratorla əlaqə

077 611-55-22

[email protected]