Ölkə

Ağsuda səhiyyə İFLİC durumunda - - Dərman üzünə həsrət qalan ağsulular...?

16-05-2016, 12:16

Ağsu Rayon Mərkəzi Xəstəxanasında baş verən özbaşınalıqlarla bağlı şok edici şikayətlər daxil olmuşdur. Bizsə öz növbəmizdə məlumatı dəqiqləşdirmək məqsədi ilə Ağsu rayonuna səfər etdik. Rayon əhalisi arasında xəstəxana ilə bağlı bir nəfər belə xoş söz söyləmədi. Üz tutduq Ağsu rayon Mərkəzi Xəstəxanasına şikayətdə də bildirildiyi kimi, girişindən çıxışına qədər rüşvətlə yoğrulmuş bu xəstəxana bizidə məyus etdi. Düşünürdük ki, bəlkə də kimsə bu xəstəxanada həkimlə prinsib aparmaq məqsədi ilə şikayət ünvanlayıb. Amma təsüflər olsun ki bu belə deyilmiş. Xəstəxanada olduğumuz müddətdə gördüklərimiz bizi çox məyus etdi. Həkim qəbuluna girib çıxan kim varsa neçə deyərlər gileyçi idi.

Baş həkim müavini Əli Hüseynovla görüşmək və bütün bunlara aydınlıq gətirmək istədik. urda olan mənzərədə heç biz gözlədiyimiz kimi olmadı Qapını birinci döyüb otaqa daxil olmaq istədik. Amma otaqda bir xanım əyləşib Əli həkimi xəbər aldıq. Yoxdur! Elə məndə bir saatdır onu gözləyirəm deyə cavab verdi. Başqa xəstəxanalardan fərqli olaraq Əli həkimin otaqında qadın ola-ola Əli Hüseynovun özü isə hətta xəstəxananın binasında belə yox idi. Saat 11.40 radələrindən 16.30-a qədər otaq qapısında gözləməyimizə baxmayaraq Əli həkimi gördüm deyən olmadı.
Xəstəxananın dəhlizində bir orda yaşlı xanımın halının heçdə yaxşı olmaması nəzərimizi çəkdi. Xanım deyinə-deyinə sizi şikayət edəcəm başçıya deyə qışqırdı. Dəhlizdə bu xanımın arxasınca gələn həkimsə kimə ürəyin istəyir ged şikayət et.

Bu həkimin xəstələrə bu cür münasibəti və sərt şəkildə xəstəyə yanaşmasından görəsən baş həkimin xəbəri yoxdur...?

Axı bu xəstəxananın baş həkimidə həkimlikdən öncə bir xanımdır. (Buna isə siz dəyərli oxucularımız özünüz dəyər verin.)
Şikayətin məğzi isə rayon mərkəzi xəstəxanasına səhiyyə nazirliyi tərəfindən verilən, 170 adda olan dərmanların vətəndaşlara pulsuz verilməsi ilə bağlıdır. Bunlardan ən əsası isə şəkər diabedli xəstələrə verilən insullinlərdir ki, bunuda pulsuz əldə etmək müşkül məsələyə çevrilib. Dövlət qayğısını görə bilməyən xəstələr dərman əldə etmək üçün evlərinin əşyalarını belə satmaqdan çəkinmirlər. Ağsu Rayon Mərkəzi Xəstəxanasında Səhiyyə nazirliyi tərəfindən qeydiyyatda olan xəstələrə ayrılmış pulsuz dərmanların niyə əhaliyyə verilmədiyi barədə sualımıza cavab verən tapılmadı.

Ağsuda olan müxbirimizə danışan Ağsu sakini Cahangir bəy məsələyə münasibətin bildirib. O deyib ki, Ağsu mrx-ında qeydiyyatında olan xəstələrə verilən pulsuz dərmanları hal-hazırda rayonun bütün apteklərində satışda tapmaq mümkündür. Bu dərmanların rayona daxil olandan sonra apteklərə paylanılır və xəstəxanaya gələn xəstəyədə dərmanın olmadığı bildirilir. Rayonun apteklərində dərman tapmasanda ... xəstəxananın 5 metrliyində yerləşən aptekdə hər zaman istənilən dərmanlar mövcüdür.

Vətəndaşın dediyi kimi xəstəxananın yaxınlığında olan aptekdə hər cür dərmanın mövcud olmasıda sirr deyil. Xəstəxananın Baş həkimi və onun müavini Əli həkimin verəcəyi cavabları vətəndaş səlis şəkildə bizlərə izah etdi.

Ardı var

P.S. Rayon camatı xəstələnməkdən qorxur. Ümüd yerləri bircə İcra başçısı Ənvər Seyidəliyevdir. Cənab başçı bunlarla bacarsaz siz bacaracaqsınız Ağsu əhalisinin sizə ehtiyacı var. (xalqxeber.az)

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]