Kərəm Həsənov sahibkarı paketə otuzdurub - Korrupsiya
Bəzi dövlət qurumlarının qanunazidd idarəçilk metodları ilə bağlı mediaya sızan məlumatları həmin müəssisələr ciddi-cəhdlə ört-basdır etməyə çalışsalar da, sonucda özləri də etiraf etmək zorunda qalırlar. Bakı şəhəri, Zığ Yolu 9, mənzil 105-də yaşayan Hacıyev Malik Abdulla oğlu Conflict.az-a müraciətində Dövlət Əmlak Komitəsi ilə bağlı kifayət qədər ciddi hesab olunacaq bir çox mətləblərə aydınlıq gətirib. M.Hacıyev 1981-ci ildən Hacı Zeynalabidin Tağıyev adına Bakı Toxuculuq Tikiş Kombinatında çilingər kimi fəaliyyətə başlayıb. 1998-ci ildən – 2006-cı ilə kimi isə həmin Kombinatın "boyaq-bəzək fabriki”ndə istehsalat direktoru işləyib. 2006-cı ildən fəaliyyətini dayandıran Kombinat, işçiləri öz hesablarına, qeyri-müəyyən vaxta qədər məzuniyyətə göndərib. Ötən müddət ərzində atasını, anasını, bacısını, 2013-cü ildə isə oğlunu faciəli şəkildə itirən şikayətçinin üzləşdiyi problemlər onun səhhətinə də ciddi təsir göstərib.
İnfarkt keçirən M.Hacıyev iş qabiliyyətini qismən də olsa itirib. İşlədiyi müddətdən Kombinatda yığılıb qalmış 3568 manat məbləğindəki əmək haqqını almaq üçün dəfələrlə direktor Rafiq Tağıyevlə görqüşsədə, hər dəfə müəsissə rəhbərindən rədd cavabı alıb. Sonuncu dəfə R.Tağıyevlə görüşən M.Hacıyevə, Kombinat direktoru - "sənə verəcəyim pul yoxdur, çünkü Əmlak Komitəsi mənim özümü burada konvertə otuzdurub” – deyə cavab verib.
- Rafiq Tağıyevlə danışmaq qeyri – mümükündür. Hər dəfə görüşəndə o mənə - Kombinatı direktor olaraq qəbul etməmişəm, bura sadəcə göndərilmişəm - deyir. Get hara istəyirsən şikayətini et cavab verir. Kombinatdakı bütün sexlər icarəyə verilib. Ərazidə hətta elə sexlər fəaliyyət göstərir ki, nəinki həmin əraziyə daxil olmağa, ora yaxınlaşmağa belə icazə vermirlər. Kombinat rəhbərliyi həmin sexlərin yüksək çinli məmurlara aid olduğunu bildirir. Mən R.Tağıyevdən Kombinat ərazisində fəaliyyət göstərən həmin sexlərdən alınan icarə haqqlarının hara xərcləndiyini soruşanda, direktor - "bir neçə nəfərə əmək haqqı veriləndən sonra yerdə qalanı vəsait Əmlak Komitəsinə göndərilir” – cavabını verdi.
Əmlak Komitəsində Əziz adlı şəxslə də görüşmüşəm. Əziz də məni aldatdı. Kömək edəcəyini vəd etsə də, sonda vaxt udmaq üçün yalan danışdığı məlum oldu. Daha sonra Kombinatın "kuratoru” kimi tanınan İlham müəllimlə görüşdüm. Faciəli şəkildə dünyasını dəyişən oğlumun məzarını abadlaşdırmaq üçün mənə təcili pul lazım olduğunu bildirdim. Kombinatın direktoru Rafiq Tağıyevə telefon açdı. Mənə kömək etməsini tapşırdı. Əmlak Komitəsindən birbaşa Kombinata, R.Tağıyevin yanına gəldim.
O mənə öz halal əmək haqqımdan 500 manat pul verdi və bir də oralara getməməyimi tapşırdı. Sonra onlarda əlavə olaraq 200 manatda aldım. Yerdə qalan – 2868 manat əmək haqqı qismində olan pulum isə hələ də Rafiq Tağıyev tərəfindən verilmir. Sonuncu dəfə bir neçə gün əvvəl Kombinata gedəndə isə məni öz işçilərinə illərlə can qoyduğum müəssisənin həyətindən qovdurdu – deyən Malik Hacıyev əlavə oaraq bildirdi ki, ömrü boyu xırda alverçiliklə məşğul olan, istehsalatdan xəbərsiz birisini, bir zamanlar ölkənin 6 min nəfər işçisi olan ən böyük müəssisəsinə rəhbər təyin etməklə, öz təbiri ilə desək "konvertə otuzdurulması” Əmlak Komitəsi ilə bağlı yazılanların və söylənilənlərin həqiqət olduğunu təsdiq edən amillərdəndir.
M.Hacıyevin Conflict.az-a müraciəti ilə bağlı H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyinə yollansaq da, bizə nə Kombinatın direktoru R.Tağıyevlə, nə də digər aidiyyatı şəxslə görüşə şərait yaratmadılar. Giriş qapısında dayanan Kombinat işçisi rəhbərliyin müəssisəyə gec-gec gəldiyini söylədi. Nəzərə alsaq ki, illərdir öz halal əmək haqqını ala bilməyən hələ də onlarla insan var... Bütün bunlara rəğmən nə Kombinat rəhbərliyi, nə də Əmlak Komitəsi qətiyyən narahat deyillər. Çünki sonucda bütün iradlar məhz Əmlak Komitəsinin rəhbərliyinə etimad göstərən siyasi rəhbərliyə ünvanlanacaq. Zatən Kombinatın direktoru Rafiq Tağıyevin deməyə sözü var. Adam Kombinata rəhbərlik etmək istəmədiyini, öz təbiri ilə desək ora göndərildiyini və "konvertə
Həm də gizlətmədən. İndi isə söz Kərəm Həsənovundur. Bizim cənab Kərəm Həsənova ünvanlayacağımız bir neçə sualımız var:
1. Nədən insanlar illərdir can qoyduqları müəsissədən halal əmək haqlarını ala bilmirlər?
2. Rafiq Tağıyev H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Kombinatının direktoru kimi doğrudanmı hər ay Komitədən "konvert” alır?
3. Belə olan təqdirdə H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Kombinatının əsl sahibi kimdir?
4. Kombinat ərazisində yerləşən sexlərdən hər ay nə qədər icarə pulu yığılır və həmin vəsait kimə çatır?
5. Xüsusi şəkildə qorunan sexlərdə nə istehsal edilir və həmin sexlər kimə məxsusdur?
Yazıda adı çəkilən qurum və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Redaksiyadan: Dövlət Əmlak Komitəsinin sədri cənab Kərəm Həsənova ünvanlanmış suallarla bağlı araşdırmalarımız davam edəcək. Mövzuya qayıdacağıq.