Dünya

Ermənistan “Eurovision”dan qovula bilər - VİDEO

13-05-2016, 12:26

 


"Eurovision” mahnı müsabiqəsinin təşkilatçıları qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə əlaqədar Ermənistanı müsabiqədən kənarlaşdıra bilər. 

AzVision.az xəbər verir ki, bu barədə "Euronews” telekanalı məlumat yayıb.

"Euronews”un yayımladığı süjetdə Azərbaycanın buna kəskin şəkildə etiraz etdiyi vurğulanır. 

Müsabiqənin təşkilatçıları məsələ ilə bağlı öz mövqelərini açıqlayıblar: "Bir şey tamamilə aydındır. Bu bayrağın böyük final zamanı "Yaşıl otaq”da olması yolverilməzdir. Baş verənlər yenidən təkrarlansa, bunun cəzası çox ağır olacaq. Bu hal təkrarlanarsa, iştirakçı müsabiqədən kənarlaşdırıla və ya "Eurovision” müsabiqəsində iştirak etməkdən üç il müddətinə uzaqlaşdıra bilər”. 

 
 
Qeyd edək ki, daha əvvəl müsabiqə təşkilatçıları qadağan olunan bayraqların siyahısını açıqlayıb. Bu siyahıda "Basklar ölkəsi”, "Kosova”, "Krım”, "Fələstin”, və qondarma "Dağlıq Qarabağ Respublika”sının bayraqları var.

Xatırladaq ki, Stokholmda keçirilən "Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında Ermənistanı təmsil edən ifaçı Iveta Mukuchyan qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağını yarışmanın keçirdiyi məkana gətirərək, Avropa Yayımları Birliyinin qaydalarını pozub.

Qaydalara məhəl qoymayan erməni ifaçı qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağını müsabiqə zalına gətirib. Lakin baş verən pozuntunu vaxtında görən müsabiqə təşkilatçıları lazimi tədbir görərək bayrağı Iveta Mukuchyanın əlindən alıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]