Əsas Səhifə / Media

Daha bir informasiya agentliyi fəaliyyətini dayandırıb

8-05-2016, 17:13
Daha bir informasiya agentliyi fəaliyyətini dayandırıb
Təsisçi və baş redaktor olan Azər Bayramovun saytımıza verdiyi açıqlamada bildirir ki, bu qədər təziq və təhdidlərdən sonra saytın fəaliyyətini davam etdirmək qeyri-mümkün idi: "Dəfələrlə saytımıza təhdidlər olmuşdu. Millət vəkilindən tutmuş, məhkəmə sədrlərinə kimi dəfələrlə fəaliyyətimizə görə təhdid olunmuşduq. Bir neçə dəfə saytımız tamamilə dağıdılmışdı. Ancaq, bütun bu basqılara baxmayaraq çətin də olsa fəaliyyətimizi dayandırmırdıq. Lakin, 22 Aprel tarixində atam və köşə yazarımızın qardaşını Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə apararaq, onları girov götürdülər. Onların azad olunması üçün saytın fəaliyyətinin tamamilə stop edilməsi şərtini ortaya qoydular. Ailə üzvlərimizin təhlükəsizliyi üçün biz də məcbur qalıb saytın fəaliyyətini tamamilə dayandırdıq"
Müsahibimiz bundan sonra olacaq fəaliyyətləri haqqında verilən suala  cavab olaraq bildirib ki, "gələcəklə bağlı hələlik heç bir fikrimiz yoxdur, gözləmə mövqeyindəyik, ancaq susmaq fikrimiz də yoxdur"

Administratorla əlaqə

077 611-55-22

[email protected]