Siyasət

“Laçın ittifaqı” prezidentə qarşı: növbəti Rasim Əliyev kim olacaq?

27-08-2016, 22:13
Məlum olduğu kimi, ölkədə "beşlər ittifaqı” olan qruplaşma müstəqil mediaya qarşı hücum və təhdidə keçib

Sumqayıtın icra başçısının nəzarətindəki odioz qüvvələr tərəfsiz və qərəzsiz mətbuatı susdurmaq üçün hədə-qorxu yolunu seçib. 

     Millətinsəsi.info bildirir ki, Zakir Fərəcov başda olmaqla komandasındakı məmurlar - Yardımlıdan Salyana təyin olunmuş Sevindik Hətəmov, Laçına təzə göndərilən başçı Aqil Nəzərli, Laçının deputatı Mahir Abbaszadə və qardaşı Zahir Abbas Politika.Az-a basqı etməkdədir. 

Xəbər portalının direktoru Xəyyam Salmanzadə deputat qardaşı tərəfindən ölümlə təhdid edilir. Bu hədyan, təhdid və təhqirlərin arxasında beşlər ittifaqının dayanması sirr deyil. Bununla bağlı Politika.Az-ın yaydığı bəyanatı təqdim edirik:

Ötən həftədən başlayaraq "Fərəcov vadisi” saytın direktorunu hədəfə alıb. Ölkənin ən çox oxunan, fəaliyyəti istər iqtidar, istər müxalifət, istərsə də bitərəf siyasətçilər tərəfindən yüksək qiymətləndirilən xəbər portalı heç zaman qərəzli olmayıb. 

Peşəkarlığı və qərəzsiz xəbər yaymaq prinsipini daima üstün tutan sayt və direktoru X.Salmanzadə Fərəcov-Hətəmov-Nəzərli-Abbaszadələr şəbəkəsinin təhdidləri ilə üz-üzə qalıb. 

Ölkənin siyasi gündəmində baş verən gərgin hadisələr haqda operativ və özəl məlumatlar dərc edən, Gülən şəbəkəsinin terrorçu fəaliyyətini illər əvvəl de-şifrə edərək aktuallaşdıran sayt indi korrupsioner, adı müxtəlif qalmaqallarda hallanan məmurların təhdid terroru ilə üzləşib. 

Həmin zaman Milli Məclisdə əyləşənlərin əksəriyyəti ANS telekanalı vasitəsi ilə saytın əleyhinə çıxış etmişdilər. Bəzi deputatlar saytı hədələyərək məhkəməyə üz tutmuşdu. 

Məhkəmənin ədalətli qərarı nəticəsində Politika.Az-ın leyhinə qətnamə çıxarılmışdı. Lakin təhdidlərin davam etməsinə görə müvəqqəti fəaliyyət donduruldu. 

Lakin çox çəkmədi ki saytın Gülən şəbəkəsi ilə bağlı yazılarında adı hallanan həmin məmurlar ifşa olundu, ən sərt şəkildə cəzalandırıldı. İndi Gülənçi olmadığını sübut etmək üçün dəridən-qabıqdan çıxan həmin adamlar prezidentə bağışlanması və növbəti dəfə şans verilməsi üçün yalvarırlar. 

Kəsəsi, saytın zaman-zaman yayımladığı xəbərlərin əksəriyyəti öz təsdiqini tapır. Və bu gün yayımladığımız xəbərlərdən bəzi ittifaq və qruplar incik düşür, kriminal dildə danışmağa başlayırlar. 

Onu da unudurlar ki, prezident İlham Əliyev müşavirələrdə dəfələrlə məmurlara xəbərdarlıq edib, onları məsuliyyətli olmağa çağırıb, özbaşınalığa, qurdurğanlığa son qoymağı tələb edib. 

Amma təəssüf ki, özünü vəzifə adamı kimi yox, kriminal aləmin üzvü kimi aparanar onların fəaliyyətini tənqid edən jurnalistləri təhqir edir. "Laçın ittifaqı” da məhz bu aspektdə özünü göstərə bilib. 

Sayt hər zaman xalqın, dövlətin və prezidentin ümumilli maraqları naminə informasiya siyasətində əks mövqe nümayiş etdirməyib. Prezidentin daxili və xarici siyasəti həmişə yayımlanan yazılarda dəstəklənib. 

Gücümüz olan Politika.Az xəbər portalı vasitəsi ilə prezidentin fəaliyyətini təbliğ edirik. Sayt qrupların maraqlarına deyil, xalqın və dövlətin maraqlarına xidmət edir. 

Ancaq "Laçın ittifaqı”nın lideri Zakir Fərəcov prezidentin dostu olan mətbuata, ölkə başçısının fəaliyyətinə dəstək verən sayta hücuma keçib, referendum ərəfəsində gərginlik yaradır. 

Onun diktəsi ilə hərəkət edən deputatın qardaşı Zahir Abbas əməlindən çəkinməyərək növbəti Rasim Əliyev olayını təkrarlamağa gedir. Prezidentə müraciət edərək bu məmurların hərəkətlərinin durdurulmasını xahiş edirik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]