İqtisadiyyat

"Sevimli dad" şirkətinin məhsullarından İMTİNA KAMPANİYASI başlandı

8-05-2016, 01:08
"Sevimli dad" şirkətinin məhsullarından İMTİNA KAMPANİYASI başlandı
Xeberman.com saytı xəbər verir ki, bu gün Miq.az-ın redaksiyasına bir neçə nəfərin imzası ilə daxil olan məktubda deyilir  ki,  biz artıq "Sevimli dad” məhsullarından imtina kampaniyasına başlayırıq.  Kampaniyanın keçirilməsinin səbəbi şirkətə məxsus uşaq sosiskalarının üzərində yerləşdirilən biabırçı reklam şəklinin hələ də yığışdırılmamasıdır. 
 
Məsələ ilə  bağlı  Miq.az-ın əməkdaşı paytaxtda yerləşən supermarketlərin birində kiçik araşdırma aparmış və həqiqətən də bu faktın şahidi olmuşdur. Belə ki, həmin sosiska məhsullarının üzərində yerləşdirilmiş şəkildə oğlan uşağının penis yerində sosiska qoyulmuş və onun yanındakı iki körpə isə bu sosiskaya heyranlıqla baxır. 

Qeyd edək ki şirkətin bu cür rüsvayçı reklamına qarşı bir müddət öncə də  etiraz olmuşdu. Eyni zamanda, sosiskaların üzərində belə eybəcər bir şəklin qoyulması mətbuatda ictimailəşmiş, eləcə də, sosial şəbəkələrdə bununla bağlı müzakirələr başlanmışdı. 
 
Bütün bu tənqidlərə baxmayaraq, şirkət bu  qeyri-etik fotonu hələ də  "Detskiye” adlı uşaq sosikalarının üzərindən götürülməyib.   O zaman  "Detskiye” kolbasalarında intim xarakterli şəkil barədə mətbuatda gedən informasiyaları şərh edən şirkətin mətbuat xidməti rəhbəri Azad Rzayeva demişdi ki, məsələ həllini tapıb, kolbasaların üzlüklərində şəkillər də dəyişilib. Cizgi qəhrəmanları qalıb, amma yeni motivlə üzlüklər hazırlanıb. Ancaq fakt heç bir dəyişiklik olmayıb.

Bu cür biabırçı bir şəkildən istifadə yerinə istənilən halda şirkət daha uğurlu bir reklam seçə bilərdi. 
Qeyd edək ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da açıqlamasında həmin fotonun yığışdırılmasını tələb etmişdi. 
 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
 
 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]