Siyasət

“Məmurlar öz oğullarını orduya göndərmirlər, çünki orada ölə və yaralana bilərlər”

7-05-2016, 21:49
“Məmurlar öz oğullarını orduya göndərmirlər, çünki orada ölə və yaralana bilərlər”Son zamanlarda "İcbari hərbi qulluq barədə” qanunda dəyişiklər edilməsi məsələsi erməni cəmiyyətində qızğın müzakirələrə səbəb olub. Ermənistanda beynəlxalq təcrübəni, o cümlədən, İsrail təcrübəsini əsas götürərək ali təhsil üçün möhlət hüququnun ləğv edilməsi nəzərdə tutulur.
Hurriyyet.org erməni mətbuatına istinadən xəbər verir ki, ER-nın milli təhlükəsizlik və daxili işlər üzrə daimi parlament komissiyasının üzvü, "Daşnaksütun” fraksiyasından deputat Mikael Manukyanın fikrincə bu məsələ böyük müzakirələr dalğasına səbəb olub: "Bu problemin aktuallaşmasına səbəb heç də xoş güzəran deyil”.
M.Manukyan belə hesab edir ki, orduda xidmət heç kimin təhsil almaq, bilik qazanmaq arzusuna mane olmayacaq. İstəyən kəs biliyini orduda xidmət etdikdən sonra da artıra bilər: "Ölkəmiz həqiqətən də problem qarşısında qalıb. Hökumət də dəyişikliklərə hazırdır. Biz tədricən irəli getməliyik, bir dəfəyə heç nəyə nail olmaq mümkün deyil”, - deyə o, 1.in.am saytında müsahibəsində bildirib.
Sayt yazır ki, oliqarxların, məmurların oğulları adətən, hərbi xidmətdən yayınaraq müxtəlif ali məktəblərə oxumağa yollanır, aspiranturalarda yer tuturlar. Melkumyanın qiymətləndirməsinə görə, icbari hərbi xidmət və ali təhsil üçün möhlətin ləğv edilməsi ilə bağlı qanun layihəsi bu məsələni həll etmir.
"Bu sahədə korrupsiya riskləri kənarlaşdırılsa, onda korrupsiya səhiyyə sahəsinə keçəcək”. Daşnak deputat bildirib ki, məmurlar öz övladlarını orduya göndərmirlər. Çünki, orada "ölürlər və yaralanırlar”.
Kölgə iqtisadiyyatına gəldikdə, M.Manukyan bildirib: "Bizim ölkədə kölgə yetərincə böyükdür, hökumət hazırda bu cür vəziyyətin aradan qaldırılması istiqamətində iş aparır. Lakin antikorrupsiya orqanı daha ciddi və müstəqil orqan olmalıdır”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]