Dünya

Məsciddə donuz başı tapılıb

7-05-2016, 15:50

Avstriyanın Steiermark əyalətinin paytaxtı Qrazda inşaatı davam edən məscidə kəsilmiş donuz başı atılıb.

 

Xeberman.com  türk mətbuatına istinadən verdiyi xəbərə görə, kimliyi məlum olmayan 3 kişi məscidə girərək iki ədəd donuz başını divardan asaraq qaçmağa çalışıb.

Hadisənin törədənlərdən biri polis tərəfindən yaxalanıb. Qraz İslam Mədəniyyət Mərkəzinin sözlərinə görə, bunu yalnız ölkədə iğtişaşlar törətməyə meylli müxalifət nümayəndələri gerçəkləşdirə bilər.

Qeyd edək ki, inşa olunan məscid Avstriyada yerləşən sayca üçüncü dini ibadətgahdır.

Məsciddə donuz başı tapılıb

Administratorla əlaqə

077 611-55-22

[email protected]