Ölkə

Həkim, İş adamı, yoxsa Priton sahibi?-Uroloq Kənan Əhmədovla bağlı faktlar üzə cıxır -(FOTO)

2-05-2016, 23:46
«Cahargah» hotelinin sahibi Kənan Əhmədov,bərk narahat olmağa başlayıb.

O, səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən cəzalandırılacağından qorxur .Ölkəmizdə insan alverinə qarşı mübarizə insan alveri qurbanlarının cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması, insan alveri qurbanlarının təhlükəsizliyinin və onlarla nəzakətli rəftarın təmin edilməsi, insan alverinə görə cəzanın labüdlüyü, hüquqi, siyasi, sosial-iqtisadi və təşkilatı xarakterli profilaktik tədbirlərin həyata keçirilməsi, insan alverinə qarşı mübarizəyə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi, insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi prinsiplərinə əsaslanır. Qeyd edək ki, Azərbaycan Respublikası prezidentinin 6 may 2004-cü il tarixli sərəncamı ilə «Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib. Buna uyğun olaraq Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən insan alverinə qarşı ciddi mübarizə tədbirləri həyata keçirilməkdədir. Biz bu kimi tədbirləri təqdir edir və alqışlayırıq. İnsan alverini, xüsusi olaraq da qadın ticarətini himayə edən şəxslər ən ağır formada cəzalandırılmalıdır. Bu vaxta qədər DİN əməkdaşları tərəfindən bir neçə obyektdə yoxlama aparılıb və əxlaqsızlıq yuvasının təşkil edildiyi məlum olub. Həyata keçirilən mübarizə tədbirlərinə baxmayaraq, hələ də bəzi şəxslər çirkli yolla pul qazanmaqdan istəklərindən vaz keçmirlər.

Həkim, İş adamı, yoxsa Priton sahibi?-Uroloq Kənan Əhmədovla bağlı faktlar üzə cıxır -(FOTO)
Yadınızdadırsa, bir neçə gün əvvəl paytaxtın Hövsan-Türkan şossesində yerləşən, çoxlarının priton kimi tanıdığı «Cahargah» hotelində mövcud olan qanunsuzluqlar barədə məlumat vermişdik. Bildirmişdik ki, obyektin sahibi, həkim-uroloq Kənan Əhmədov bəzi nüfuzlu şəxslərin adından istifadə edərək əxlaqsızlıq yuvası işlədir. «Cahargah» hotelinin yanında paytaxtda tayı-bərabəri olmayan hamam-sauna tikdirib. Həmin hamam-saunanın tikilib başa çatmasından ötrü Kənan Əhmədov yarım milyona yaxın vəsait sərf edib. Əxlaqsızlıq yuvası saxlayan bu şəxsin Rusiyada böyük meşələri var. Həmin meşələrdən əldə olunan taxta materialları paytaxtın Dərnəgül şossesində yerləşən bazarda satışa çıxarılır. Kənan Əhmədova məxsus taxta bazarı «Çingizxan» restoranının arxa hissəsində yerləşir. Böyük ərazini əhatə edən bazara Kənan Əhmədovun qardaşı Sənan Əhmədov nəzarət edir. Onun sürdüyü maşının nömrəsi 10-900-dür. Qardaşının puluna güvənən Sənan nə qanun tanıyır, nə də bir şey.

Qardaşı ona bütün işlərdə «yaşıl işıq» yandırıb. Deyilənə görə, Kənan Əhmədov «Cahargah» hotelini Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşı Samir adlı şəxsə ayı 10 min manata icarəyə verib», deyə yazıda vurğulanırdı. Gundelik-baku.com saytında yayımlanan məqalələrdən sonra hotelin sahibi Kənan Əhmədov bərk narahat olmağa başlayıb. Bizə çatan məlumatlara görə, o mayın 3-nə planlaşdırılan açılış mərasimini təxirə salıb: «Kənan Əhmədov ciddi cəhdlə çalışır ki, onun əxlaqsızlıq yuvasına nəzarət etməsindən Səhiyyə Nazirliyinin rəsmiləri xəbər tutmasınlar. Çünki bu adam paytaxtın Binəqədi rayonu, 6-cı mikrorayon adlanan ərazisində yerləşən dövlət xəstəxanalarından birində həkim işləyir. Əgər nazir Oqtay Şirəliyev işçisinin hansı əməlin sahibi olmasından xəbər tutsa, sorğusuz-sualsız onu cəzalandıracaq».

Etibarlı mənbənin bildirdiyinə görə, böyük biznes şəbəkəsinə malik olan Kənan Əhmədovun Dərnəgüldə şüşə sexi fəaliyyət göstərir: «Böyük ərazini əhatə edən sexdə sular üçün şüşə və qapaq istehsal olunur. Sexin fəaliyyətinə Kənanın qardaşı Sənan Əhmədov nəzarət edir. Bundan başqa, hotelin sahibinin Novxanıda qiyməti milyonlarla olan bağ evi var». Onu da vurğulamaq lazımdır ki, Kənan Əhmədova məxsus olan «Cahargah» hotelində qadınların cinsi istismara məruz qalması azmış kimi, vətəndaşların yay aylarında dənizə girişi də yasaqlanıb. Məlumata görə, Xəzərin sahilini hasarlayan iş adamı sadə vətəndaşların çimərlikdən istifadəsinə imkan vermir. İnsanlar yay aylarında yalnız pul ödəməklə sözügedən ərazidə çimə bilərlər. Biz isə Kənan Əhmədova xatırlatmaq istəyirik ki, dəniz xalqın milli sərvətidir. Camaatın dənizə girişini yasaqlamaq gələcəkdə çox böyük problemlərin meydana çıxmasına səbəb ola bilər. Yazını genişləndirilmiş faktlarla davam etdirəcəyik. Bizi izləyin. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. (ARDI VAR) (Gundelik-baku.com)


Həkim, İş adamı, yoxsa Priton sahibi?-Uroloq Kənan Əhmədovla bağlı faktlar üzə cıxır -(FOTO)

Administratorla əlaqə

077 611-55-22

[email protected]