Media

NİA.az saytının rəhbərini məmur oğlu hədələyir - foto-audio sübut

2-05-2016, 20:47
NİA.az saytının rəhbərini məmur oğlu hədələyir - foto-audio sübutNeytral İnformasiya Agentliyinin(NİA.AZ) baş redaktoru Bəhruz Əliyevi ölümlə hədələdilər.

Azərbaycanda həqiqətən də analoqu olmayan hadisələr baş verir və ötən gün onlardan daha biri qeydə alınıb. XİA.az-a daxil olan məlumatda deyilir ki, NİA.az saytının rəhbəri Bəhruz Əliyevə qarşı qarayaxma kampanyası başlayıb. Mustafa Əliyevin oğlu jurnalistə zəng edərək hədə qorxu gəlib. Səbəb isə onun NİA.az saytında guya Mustafa Əliyeviə qarşı böhtan xarakterli məlumatlar yayması göstərilib. 

Ətraflı bu linkdən oxuyun: winked Keçmiş DTXK-nın müdiri Neftçalada istədiyi torpağa öz bildiyi kimi xəritə çəkib-Foto

Bəhruz Əliyev bu barədə XİA.az saytına danışıb. Onun sözlərinə görə Neftçala rayonunun icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müavini Mustafa Əliyev barədə yazı dərc edib. Həmin yazıdan qəzblənən Mustafa bəyin oğlu Nia.az saytının rəhbəri Bəhruz Əliyev söhbətə çağıraraq hədə-qorxu ilə danışıb. Bəhruz Əliyev Mustafa bəyin oğlu ilə danışığın audio yazısınıda bizə təqdim edib.Onun sözlərinə görə Mustafa Əliyevin oğlu Mirmurad Əliyev zəng vuraraq söhbət etməyə dəvət etməsi və söhbət zamanı Bəhruz Əliyevi mən dindaram sənin başın bədəninə ağırlıq edir deyəsən ağıllı ol get yazını sil.Hamı bilir ki, atam nə edirsə nə alırsa hamısını İsmayıl Vəliyevə verir, deyərək Neftçala rayonun icra hakimiyyətinin başçısını adına qara yaxıb.Bununlada kifayətlənməyərək Facebook sosial şəbəkəsində Bəhruz Əliyevi təqqir edib.

NİA.az saytının rəhbərini məmur oğlu hədələyir - foto-audio sübut
NİA.az saytının rəhbərini məmur oğlu hədələyir - foto-audio sübut
NİA.az saytının rəhbərini məmur oğlu hədələyir - foto-audio sübut
NİA.az saytının rəhbərini məmur oğlu hədələyir - foto-audio sübut

Administratorla əlaqə

077 611-55-22

[email protected]