Ölkə

DYP-si əməkdaşı kamaz sürücülərini soyur - VİDEO SÜBUT

2-05-2016, 17:30
DYP-si əməkdaşı kamaz sürücülərini soyur - VİDEO SÜBUTEtiraf etmək lazımdır ki, respublika ərazisində Dövlət Yol Polisinin (DYP) bəzi əməkdaşlarının özbaşınalığı heç kəsin nəzərindəq qaçmır. Kimlərinsə havadarlığı ilə, əllərinə zolaqlı polis çubuğu alan DYP işçiləri, sürücülərə sözün əsl mənasında qan uddururlar. Döyüşçü qalxan və iti xəncərinə arxalanan kimi, bizim DYP işçiləri də paqonlarına və havadrlarına güvənib sürücülərlə olduqca kobud və etikadan kənar davranırlar. Qadın və kişi olmasından asılı olmayaraq, hər bir sürücünü yolun elə oratsında təhqir etməyi artıq özlərinə borc sayırlar.. Hərdən insan özü-özlüyündə yol polislərinin təlimlər zamanı tərbiyəsizlik dərsi filan almaları da şübhə doğurmur. Artıq bəzi polislərin bu cür öz səlahiyyətlərini aşma hallarına rast gəldikcə, insanlar övladlarının polis olmasını belə istəmirlər 

XİA.az saytının əldə etdiyi bu görüntülər Şəki YPX-ti postunun ərazisidir. YPX əməkdaşları yük maşınlarının sürücülərinə haqq qoyub. Videodanda görünür ki, hər bir yük maşını YPX-ti əməkdaşlarına salam verməmiş keçə bilmir. 

Xeberman.com  həmin videonu təqdim edir. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]