Foto Fakt

Nəsimidə I rübün yekunları müzakirə edildi - Fotolar

13-04-2016, 17:41
Nəsimidə I rübün yekunları müzakirə edildi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə,mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, bələdiyyə üzvlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub.

"Qafqazinfo” xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov həmin iclas barədə ətraflı məlumat verib.

Hesabat dövründə rayonda 124000.0 min manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Sənaye istehsalının 26 faizi məhsul istehsalının, 74 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb. 2016-ci il aprelin ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul qalığı 4120.0 min manat olub. Yanvar-mart aylarında istehlakçılara 126310.0 min manatlıq məhsul göndərilib.

Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 128730.0 min manat (62.0 faiz), dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar isə 78739.1 min manat (38 faiz) sərmayə yönəldilib

2016-cı ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş investisiyadan 206127.2 min manatı tikinti-quraşdırma işlərin yerinə yetirilməsinə sərf olunub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 59.5 faiz çox olub.

2016-cı ilin I rübündə 990 yeni iş yerləri açılıb. Onlardan hamısı daimi yerlərdir.
İlham Əliyevin 10 Yanvar 2016-cı il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yerli icra strukturlarına verdiyi tapşırıqların icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən cari ilin birinci rübü ərzində məqsədyönlü tədbirlər həyata keçirilib.

Rayonun 9 imtiyazlı ailəsinə Dövlət qayğısı cərcivəsində yeni mənzillər ayrılıb. Onlardan Gözdən əlil – 4 ailə, 20 Yanvar əlili – 2 ailə, Qarabağ əlili 2 ailə, şəhid ailəsi 1 ailə.

İlin birinci rübü ərzində RİH Başçısı Aparatına vətəndaşlardan 511 ərizə və müraciəti daxil olub. Hesabat dövründə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilib.

Ölkə başçısının tapşırığına uyğun olaraq 2016-cı il fevral ayının 15-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanıb.

Nəsimidə I rübün yekunları müzakirə edildi - Fotolar
Nəsimidə I rübün yekunları müzakirə edildi - Fotolar
Nəsimidə I rübün yekunları müzakirə edildi - Fotolar
Nəsimidə I rübün yekunları müzakirə edildi - Fotolar
Nəsimidə I rübün yekunları müzakirə edildi - Fotolar
Nəsimidə I rübün yekunları müzakirə edildi - Fotolar
Nəsimidə I rübün yekunları müzakirə edildi - Fotolar

Administratorla əlaqə

077 611-55-22

[email protected]