Ölkə

Nizami RPİ-nin rəisi NOFƏL MƏHƏRRƏMOVLA bağlı ŞOK GİZLİNLƏR - nazirin nəzərinə

29-04-2016, 03:20
Nizami RPİ-nin rəisi NOFƏL MƏHƏRRƏMOVLA bağlı ŞOK GİZLİNLƏR - nazirin nəzərinəNeçə müddətdir polis özbaşınalığı haqqında geniş ictimaiyyətə çatdırdığımız hadisələr ətrafında mübahisələr səngimək bilmir. DİN və Bakı Şəhər Baş Polis İdarəsindən bizləri əmin edirlər ki, şikayətçi Aliq Məmmədov və Elman Əlizadənin polis olmuş övladlarının pozulmuş hüquqları bərpa olunub. Lakin şikayətçilər isə hər hansı bir irəliləyişin olmadığını qeyd edərək bildirirlər ki, Nizami Rayon Polis İdarəsinin rəisi Nofəl Məhərrəmov söz verir, ancaq nəticəsi hələ də yoxdur. Amma şikayətçilər övladlarının pozulmuş hüquqlarını bərpa etməkdə israrlıdırlar.

Nizami Rayon Polis İdarəsinin rəisi Nofəl Məhərrəmovun nə fikirləşdiyi, nə planlaşdırdığı isə hələ heç kimə bəlli deyil. Belə ki, Aliq Məməmdovun Daxili İşlər Nazirliyinə ünvanladığı şikayət sözügedən qurum tərəfindən araşdırılması üçün Nizami Rayon Prokurorluğuna göndərilib. Nizami Rayon Prokurorunun köməkçisi Möhlət Şəfiqov isə vətəndaş Aliq Məmmədovdan israrla ərizəsini dəyişdirməyi tələb edir. Sual olunur niyə? Nofəl Məhərrəmovla dostdur, ona görə? Prokurorluğun digər işçisi Nəzər Fərzəliyev isə Aliq Məmmədovun oğlu Xəyal Məmmədovun barəsində yalandan açılmış cinayət işində verdiyi şahid ifadəsini dəyişmək üçün 24-cü polis bölməsinin sahə müvəkkilinə məcburi gətirmə qərarı verir. Şahid ifadəsini necə dəyişmək olar? Bu özü bir cinayət deyilmi? Bu bizimçün anlaşılmaz bir haldır. Səfər Ələkbərov adlı öyrdilmiş bir polis nəfəri Nizami Rayon Prokurorluğuna müraciət edir ki, Xəyal Məmmədova 2014-cü il oktyabr ayına 1 800 manat vermişəm, ala bilmirəm. Amma məlum olur ki, həmin polis nəfəri 2015-ci ilin aprel ayında «Ekspress Bank»dan 8 000 manat pul götürmək üçün Xəyal Məmmədovun valideynlərinə zamin durur. Məntiq var deyilmi? Əgər Səfər Ələkbərov pul vermişdisə 8 000 manat bankdan götürərkən verdiyini tələb edə bilərdi. Niyə tələb etməyib? Səfa Ələkbərov indi etiraf edir ki, onu Nofəl Məhərrəmov işdən çıxaracağı ilə hədələyərək bu addımı atmağa məcbur edib.

Elə buradan da məlum olur ki, bütün bunlar Nizami Rayon Polis İdarəsinin rəisi Nofəl Məhərrəmov tərəfindən Aliq Məməmdovun oğlanları barəsində yaxşı düşünülməmiş oyunlardır. Aliq Məmmədovun digər oğlu Röyal Məmmədovun barəsində açılmış cinayət işi də həmçinin. İbtidai istintaq zamanı ciddi qanun pozuntularına yol verilməsi işin yeddi ay uzadılmasına gətirib çıxarıb. Təcridxanada 5 ay 20 gün saxlanılan Röyal Məmmədov heç kim tərfindən dindirilməyib və heç bir ifadə alınmayıb. Nə üçün, səbəb nə olub?

Azyaşlı qızı cinsi istismara məruz qoymuş bir cinayətkar dəstənin üzvləri Sənan Abbasov, İntiqam Əsədov, Müstəqim Bayramov, Rza Şahbazov təqsirləndirilən şəxs olduqları halda, necə oldu birdən-birə şahidə çevrildilər. Yuxarıda adlarını çəkdiyimiz şəxslər ittihamnamədə də, məhkəmə prosesində də Röyal Məmmədov polis vəzifəsini gördüklərini etiraf edirlərsə, hadisələr nə üçün birdən-birə yüz səksən dərəcə dəyişir.
Hadisənin bilavasitə iştirakçısı olmuş Müstəqim Bayramov məhkəmə prosesində Bakı Şəhər Baş Polis İdarəsi Ağır Cinayətlər Şöbəsinin rəisi Məmmədağa Məməmdova və müstəntiq Vüqar İsmayılova 10 min manat verdiyini bildirdi. Azyaşlı qızı cinsi istismara məruz qoymuş Sənan Abbasovun atası Pənah Abbasov da həmin polis işçilərinə 30 min manat verərək onları azadlığa çıxardığını bildirir.
Hadisələrin bu cür tərsinə cərəyan etməsi isə polis nəfəri Röyal Məmmədovu məhkəmə prosesinə gətirib çıxarır. Aprel ayının 29-da keçiriləcək növbəti məhkəmə prosesində də çox şeylər açıqlanacaq. Burada həm Nizami Rayon Polis İdarəsinin işçiləri, həm də azyaşlı qızı cinsi istismara məruz qoymuş dəstə üzvlərinin ifadələri dinləniləcək.

O ki, qaldı digər şikayətçi Elman Əlizadəyə. Onun da şikayəti hələ də baxılmamış qalır. Nizami Rayon Polis İdarəsinin rəisi Nofəl Məhərrəmov onu da hələ ki, aldadır. Yaxud da vaxt uzatmaqda yeni planlar qurur. Hansı ki, əvvəl qurduğu planlar bu gün başını ağrıtmaqdadır.
Ümid qalır yenə də daxili işlər naziri Ramil Usubovun insafına. Biz ötən yazılarımızda da qeyd etmişdik, indi də vurğulamağı özümüzə borc bilirik ki, bire daxili işlər naziri kimi polis adına, polis şərəfinə yaraşmayan əməllərə yol verənlərlə Ramil Usubov barışmaz mövqedə olub, hər bir günahkar layiqli cəzasını alıb.
Maraqlıdır, Nizami Rayon Polis İdarəsində baş verənlərin ən xırda detalları belə aydındırsa, nə üçün qəti tədbir görülmür?
T. Məmmədov

Administratorla əlaqə

077 611-55-22

[email protected]