Dünya

Erməniləri məxfi döyüş xəritələri ələ keçirildi- Müdafiə Nazirliyi

24-04-2016, 20:46

"Ermənilərin məxfi döyüş xəritələri əlimizdədir" - Müdafiə Nazirliyi

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ermənistan müdafiə nazirinin müavini David Tonoyanın xarici ölkələrin hərbi attaşeləri üçün keçirdiyi konfransda hərbi xəritələri təqdim edərək, guya Azərbaycanın ilk hücuma keçməsi barədə açıqlamalarına cavab olaraq bildiriblər. 


"David Tonoyan hərbi forma geyinməsinə baxmayaraq, qeyri-peşəkar və mülki şəxsə məxsus mülahizələrlə çıxışı ilə erməni hərbi rəhbərliyinin bu əməliyyatlarda bacarıqsızlığını ört-basdır etməyə, eyni zamanda xarici dövlətlərin nümayəndələrinin fikirlərini yanlış istiqamətə yönəltməyə çalışıb. Həmin xəritələr adi işçi xəritələridir, təlimlərdə belə istifadə edilir və orada müəyyən hədəflər, aviasiya vasitələrinin uçuş marşrutları əks olunub. Odur ki, bu, erməni tərəfinin iddia etdiyi kimi Azərbaycanın döyüş əməliyyatlarına birinci başlamasının heç də sübutu deyil", - deyə nazirlikdən qeyd edilib.

Müdafiə Nazirliyi bildirir ki, "Azərbaycan tərəfində də düşmənə məxsus kifayət qədər məxfi xəritələr, döyüş və digər sənədlər var: "Onların əhəmiyyətini, vacibliyini nəzərə almaqla araşdırılması, işlənilməsi və təhlilinin aparılması müvafiq xidmətlər tərəfindən icra edilir".

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]