Elmar Vəliyev Azərbaycanın neçə faizini “işğal edib”? – Araşdırma –Fotolar.
Elmar Vəliyev Azərbaycanın neçə faizini "işğal edib”? – Araşdırma –Fotolar.
Bir məmurun qiyməti on milyonlarla ölçülən villalar kompleksi və Vətən üçün canından keçən şəhidlərimizin evləri arasında fərq bu yazıda…
Göygöl
rayonunun gözəl bir güşəsi olan Mixaylovka kəndində olanlar bu kəndin
qonşu kəndlərdən kəskin fərqləndiyini yaxşı bilir. İlkin olaraq
Rusiyadan köçürülmüş malakanlar tərəfindən XIX əsrdə salınan bu səliqəli
kənd hal-hazırda Elmar Vəliyevin qeyri-rəsmi iqamətgahına çevrilib.
Gəncədə iş adamlarına qoyulan çoxsaylı "haqq”lar və Gəncəyə ayrılan
milyonlarla büdcə vəsaitləri hesabına gözü doymayan məmur Mixaylovkada
özünə nəhəng villalar kompleksi tikdirib.
Bu malikanənin tikintisində istifadə olunan tikinti materialların böyük
əksəriyyəti, hətta villaların ərazisində və ətrafında quraşdırılan işıq
dirəkləri və yerə döşənən daşlar belə "təsadüfən” Gəncənin
abadlaşdırılması üçün ayrılanlarla eynilik təşkil edir…
İcra Hakimiyyətində çalışan etibarlı mənbəmizdən aldığımız məlumata
görə, hətta iki il əvvəl Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev
Park Kompleksinə ayrılan büdcə vəsaitləri hesabına gətirilən bahalı
dekorativ ağac və kollar belə "ata malı kimi” tən yarı bölünərək icra
başcısının bağ evinə yollanılırmış.
İndi həmin villaların hektarlarla ölçülən həyətində əkilən dekorativ
kollar və ağaclar Heydər Əliyev parkında əkilən güllər və ağaclar ilə
eynilik təşkil edir.
Xatırladaq ki, Elmar Vəliyev hələ Yevlaxda işləyən müddətdə Mixaylovkada ev alaraq əsaslı təmir etdirmişdi.
Lakin Gəncəyə İcra başcısı təyin olunandan dərhal sonra o, qisa
müddətdə qonşuluqda olan bütün əraziləri həyasızcasına zəbt edərək
kəndin yarısına yiyələndi.
Qısa
bir vaxtda burada milyonlarla haram pullar hesabına 6 nəhəng 3-5
mərtəbə arası olan villalar, bir neçə köməkçi tikili, çoxsaylı şəlalələr
və süni çaylar sistemi inşa etdirdi. Yeri gəlmişkən onu da qeyd edək
ki, Vəliyev ərazidən keçən kiçik çayı da torpağına qataraq
"özəlləşdirib”…
Hazırki nəhəng iqamətgah kompleksinin böyük hissəsini Elmar Vəliyev
Göygöl rayonun Mixaylovka və Yeni Zod kəndlərinin bələdiyyələrin sosial
prespektivi üçün nəzərdə tutulan hektarlarla torpaq sahələrini
qeyri-qanuni olaraq həyasızcasına zəbt edərək tikdirmişdir.
Ucu-bucağı görünməyən bu ərazi 4-5 metrlik qala divarları ilə
əhatələnərək, hazırda ancaq Hollivud filmlərində gördüyümüz
narkobaronların qəsrlərini xatırladır…
Adı çəkilən kəndlərin sakinləri dəfələrlə Goygöl rayon icra başçısına
ərazilərinin Elmar Vəliyev tərəfindən zəbt edilməsi ilə bağlı
müraciətlər etsələr də heç bir tədbir görülməyib.
Hətta həmin villaların tikilməsindən sonra Hacıkəndə yaxın Alma bağı
ərazisindən Yeni Zod kəndinə gələn 4 km su boru xətti indi ancaq Elmar
Vəliyevin villasının şəlalərinə və baseyninə axır.
Yeni Zod kəndinin camaatı isə su uzunə həsrət qalıblar və bu üzdən köçmək məcburiyyətində qaldqlarını deyirlər.
İş o yerə çatıb ki, icra başcısınaın qonşuluğunda yaşayan kənd
sakinləri Elmar Vəliyevin qolçomaqlılarının qorxusundan onun razlığı
olmadan digər sakinlərinə nə torpaq, nə də ki, mülklərini sata bilərlər.
Başqa maraqlı fakt ondan ibarətdir ki, kənd sakinlərinin dediyinə görə,
Elmar Vəliyev villaların tikintisi zamanı yalandan bu qəsrin guya ölkə
başcısına hədiyyə tikdirdiyini söyləyərək onların sakit durmasına nail
olubmuş … Və bu ilk dəfə deyil bu məmur yalandan Prezidentin və ölkənin
birinci xanımının adından istifadə edərək öz şəxsi maraqları üçün
müxtəlif qanunsuz əməllər edir. Növbəti yazımızda daha bir real faktı
nəzərinizə çatdıracağıq.
İstənilən
halda, ölkə rəhbərliyi və hüquq-mühafizə orqanları tezkilə Elmar
Vəliyevin aşıb-daşan cinayətlərinə qarşı real addımlar atmalıdırlar!
Yoxsa sonunda bu özbaşınalıqların çox ağır fəsadlarla nəticələcəyi şübhəsizdir…
Gəncə Müstəqil İnformasiya Portalı