Ölkə

Şəhid Fəxrəddin Qurbanlının adına mükafat təsis olunub.

21-04-2016, 00:05

Şəhid Fəxrəddin Qurbanlının adına mükafat təsis olunub.

Cəbhənin Tərtər istiqamətində hərbi xidmətini yerinə yetirərkən şəhid olmuş məzunumuz Qurbanlı Fəxrəddin Seyfəddin oğlunun adına mükafat təsis olunub. Bu barədə "Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Nazir Quliyev məlumat verib.

Sədr qeyd edib ki, "Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən "Şəhid Sosial İşçi Fəxrəddin Qurbanlı” mükafatı təsis olunub. Mükafat hər il aprel ayının 9-da Sosial iş sahəsində uğurlu fəaliyyət göstərən insanlara veriləcək.

Azərbaycan ordusunun şəhid olmuş əsgəri Fəxrəddin Qurbanlı 1994-cü ildə Bakı şəhərində anadan olub. 2015-ci ildə Azərbaycan Universitetinin Sosial iş fakültəsini üçüncülüklə bitirib.

Hüquq Dünyası Hüquqi Təbliğat İctimai Birliyinə təşəkkür edirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

01

 


Administratorla əlaqə

077 611-55-22

[email protected]