Gündəm

Həbs olunan ilahiyyatçı və dindarlardan xəbər var.

20-04-2016, 15:58
Xeberman.com-a Lənkərandan verilən məlumata görə, Lənkəranda 3 nəfər; ruhani Qismət İsayev, Vüqar İsmayılov və Mais adlı dindar saxlanılıblar. İlkin ehtimala görə, ruhani Qismət İsayev Lənkəranın "Azriba" məhəlləsindəki "Əbəlfəzl Abbas" məscidindəki son məsələlərlə bağlı saxlanılıb. Əldə etdiyimiz məlumata görə, Qismət İsayev bu məsciddə uzun illərdirki, imamlıq edirmiş, bir müddətdirki, bura Ramiz Əlifov adlı şəxs axund təyin edilib(red: toy mərasimində oynaması mediada yayımlanan). Axundun arxasında namaz qılmayan dindarlar Qismətin imamlığı ilə qılınan namazda iştirak edirlərmiş. Həmçinin, məscid ətrafında yaranmış məhkəmə proseslərində də, Qismət İsayevin şahid qismində dindirilməsi önə çəkilir. Qismət İsayevin bundan öncə də, QMİ tərəfindən təyin edilən axundla yaranmış anlaşılmamazlığa görə, həbs olunduğu bildirilir. Əldə etdiyimiz digər məlumata görə, saxlanılan Mais adlı dindar, uzun illərdirki, evində Məhərrəmlik məclisləri təşkil edir, onun da həbs olunma səbəbi məlum deyil; bir az öncə aldığımız məlumata görə, Mais sərbəst buraxılıb.
 
Bu arada, Daxili İşlər Nazirliyi və Baş Prokurluğun Mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda deyilir: "Respublikanın daxili işlər və prokurorluq orqanları tərəfindən Lənkəran rayonunda keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə əhali arasında milli və dini zəmində separatçı fikirlər yayan, vətəndaşları kütləvi itaətsizliyə və hüquq-mühafizə orqanları ilə açıq qarşıdurmaya çağıran şəhər sakinləri - Qismət İsayev və Vüqar İsmayılov saxlanılıblar. Adını "Müsəlman Birliyi Hərəkatı" qoyan təşkilatının rəhbəri Taleh Bağırzadənin tərəfdarı olan bu şəxslərin üzərlərinə və yaşadıqları mənzillərə baxış zamanı 4 əl qumbarası, 123 patron, 2 trotil şaşkası, eyni zamanda, yayılması qanunla qadağan olunan, dini dözümsüzlüyü və bölücülüyü təbliğ edən 18 ədəd kitabça götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır."

Həbs olunan ilahiyyatçı və dindarlardan xəbər var.

Administratorla əlaqə

077 611-55-22

[email protected]