Ölkə

Bakcellə itin sözünü dedilər: "Bakcell qələt edir,başın daşdan daşa vurur." (YENİLƏNİR)

17-04-2016, 17:06
Xeberman.com xəbər verir ki, neçə müddətdir ki, ölkədə mobil istifadəçilər Bakcell mobil operatorundan şikayət edirlər. Şikayətçilər bildirirlər ki, yüklədiyimiz konturlar tez-tez Bakcell tərəfindən oğurlanır. Bizi müxtəlif kompaniyalara abunə edib konturları bu yolla ələ keçirirlər. Kompaniyanı bəzi vaxtlar ləğv etmək olmur. Şikayətçilər deyir ki, "şikayət etdikdə də deyirlər ki yuxarıdan deyiblər. Bu yuxarı haradır? Kim sizə deyib cibimizə girib oğurluq edəsiz. Həyasız Bakcell."
Digər Bakcell istifadəçisi yazır: "Dəfələrlə gedib müştəri xidmətlərinə sübut etmişəm ki, oğurluq edirsiz, deyirlər bizə bunu çox müştəri deyir, neyniyək bizlik deyil, yeni yuxarıda oturanların işidi, təsəvvür edin dəfələrlə kontur yükləmişəm gecə işdən çıxıb evə gedəndə, səhər durub zəng edəndə görürəm ki bir qəpik də yoxdu, səbəbini öyrənəndə deyirlər filan filan yerlərə abunəye görə, deyirəm a bala mən heç vaxt heç bir yerə abunə olmamışam, deyirlər ki baksel özü abunə edib, baksel qələt edib başını daşdan daşa vurub məni harasa abunə edib, sonrada nömrə verirlər ki gələ bura zəng vur, filan yerə STOP yaz göndər dayanacaq, onuda etməyə yenədə pul gedir neçə qəpikse, xeyr ola getməlidi, amma dərd oduki üstündən bir iki həftə keçən kimi baxırsan ki yenə səni harasa abunə ediblər. ... uşağı, yenə gedib deyəndə deyirlər biz bunu dayandıra bilmirik, uzun sözün qısası bu ölkə miqyasında bütün vətəndaşlara qarşı oğurluqdur. Bunu ictimailəşdirib həll etmək lazımdır, bunun üçün birlikdə hərəkət etmək lazımdır"

Bakcell istifadəçisi: "Məndə də axır vaxtlar kontur tez qurtarır. Amma hara gedir bilmirəm.Sui zənn etmək istəməzdim.Amma bu şərəfsizlərdən hər şey gözləmək olar. Müharibə ərəfəsində cəbhə bölgələrə bir müddət pulsuz kampanya etdilər. Hamı da Bakcelli tərif edib qaldırdı dağin başına. Amma bilmədilər ki, bunlardan adama xeyir gəlməz Əzizlər! kasıba heç birinin xeyri dəyməz anlayın!!!!!!"

Bakcell istifadəçisi: "Onun yiyəsi ən ... adamdı. O adam deyəsən uşqlıqda da oğru olub. Məni yığıblar boğaza. Qazandığınız balnisaya, həkimlərə qismət olsun."
Bakcell istifadəçisi: "Onun sahibi İsrail vətəndaşı olub, israildən etdiyi cinayətlərə ölkədən qaçıb gəlib burda mobil operator şirkəti açıb, indi də haqqını verib oğurluq edə edə pulunu qazanır, millətin qanını içir."
Bakcell istifadəçisi: "Məndən çox ediblər, zəng etmişəm ki bşyşm mşnim qşpik quruşuma qalmısız??"
Bakcell istifadəçisi: "Haram xoşun olsun oğru bakcell)"
Bakcell istifadəçisi: "Bakcell bu oyunbazlığına son qoymasa onu baykot edəcəyik."
Bakcell istifadəçisi: "Mən belə şeylərin dərdindən gedib Baksel nömrəmi daşınma etdim Azərselə."
 
Bakcell istifadəçisi: "Baksell oğurluq etmirki qardaş. Baksell ... edir, quldurluq edir, bantitlik edir."

Bakcell istifadəçisi: "İnterneti Yalandan guya meqabit verirlər heçnəyə baxa oxuya bilmirsən meqabit havaya uçur."

Bakcell istifadəçisi: "Mənim 8 manat pulumu oğurladılar 6 m nəsə naviqator xidmətinə qoşmuşdular gündə 48q mələtdilər 2 m iki kənddə olanda 120mbit internet paket almışdım. srağa günü 5m yüklədim öz özünə yenə 2m çıxdılar.


 
Diqqqət! Gələn şikayətləri xəbərə gün ərzində əlavə edəcəyik.

Xeberman.com olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bakcellə itin sözünü dedilər: "Bakcell qələt edir,başın daşdan daşa vurur." (YENİLƏNİR)

Administratorla əlaqə

077 611-55-22

[email protected]